. Love.az

Ziyadxanovlar - Wikipedia - Love.az

Ana Səhifə - Ziyadxanovlar

Ziyadxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Ziyadxanovlar
Titul Bəy
Əcdadı Ziyad xan
Qohum soylar Qacarlar
Səfərəlibəyovlar.
Mənşəyi Gəncə
Təbəəliyi Gəncə xanlığı, Rusiya imperiyası

Soyun yaranması

redaktə

Gəncə xanlığının məşhur simalarından olan Ziyad xanın övladları rus üsul-idarəsi dönəmində Ziyadxanov soyadını qəbul etdilər.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Şahverdi sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
  • İbrahim sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi.
  • Yusif xəlifə Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
  • Peykər sultan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi.
  • Məhəmməd xan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycanlı olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Qarabağ bəylərbəyi.
  • Uğurlu xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası.
  • Abbasqulu xan Ziyadoğlu-Qacar — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı, səfir.
  • Kəlbəli xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.
  • II Uğurlu xan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi.
  • İsmayıl xan Ziyadxanov — Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat.
  • Şahverdi xan Ziyadxanov — Çar ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı.
  • Adil xan Ziyadxanov — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı.

Həmçinin bax

redaktə
  • Gəncə xanlığı
  • Ziyadlı oymağı
  • Ziyadxanovlar mülkü
  • Qacarlar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ziyadxanovlar&oldid=7829622"
LOVE.AZ