Robert Kirşner – (15 avqust 1949[1]) — amerikalı astronom, kosmos tədqiqatçısı.[2] Harvard Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü. Volf mükafatının qalibi. (2015-ci il)[3]
Robert Kirşner | |
---|---|
![]() | |
Doğum tarixi | 15 avqust 1949(1949-08-15)[1] (75 yaş) |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
![]() |
Robert Kirşner 1970-ci ildə Harvard Universitetinin astronomiya ixtisasını yüksək dərəcə ilə bitirmişdir. 1975-ci ildə isə Kaliforniya Texnologiya İnstitutunda astronomiya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. 1974-1976-cı illərdə Kitt Pik Milli Rəsədxanasında işləmişdir. Doqquz il Miçiqan Universitetində dərs demişdir: 1976-1981-ci illərdə dosent, 1981-ci ildən 1985-ci ilə qədər professor və astronomiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.
1985-ci ildə Harvard Universitetinin Astronomiya kafedrasına keçmiş və bu günə kimi kafedranın professoru kimi fəaliyyət göstərir. 1990-1997-ci illərdə Astronomiya kafedrasının rəhbəri, 1997-ci ildən 2003-cü ilə qədər Harvard-Smitson Astrofizika Mərkəzinin Optika və IR şöbəsinin müdiri olmuşdur.
1992-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasına, 1998-ci ildə ABŞ Milli Elmlər Akademiyasına və 2005-ci ildə Amerika Fəlsəfə Cəmiyyətinə üzv seçilmişdir.
O, astronomik jurnallarda 250-dən çox resenziyalı məqalə dərc etmişdir ki bunlara "Ekstravaqant Kainat: Partlayan Ulduzlar, Qaranlıq Enerji və Sürətlənən Kosmos" (Princeton University Press, 2002) aiddir.
Onun tələbələri Brayan Şmidt və Adam Riess "Fövqəladə uzaq ulduzların müşahidələri vasitəsilə Kainatın sürətlənən genişlənməsini kəşf etdiklərinə görə" 2011-ci ildə Fizika üzrə "Nobel" mükafatına (Sol Perlmutter ilə bərabər) layiq görülmüşdürlər.