Adam Riess (16 dekabr 1969[1][2][…], Vaşinqton[3][4][…]) — amerikalı astrofizik və fizika üzrə 2011-ci il Nobel mükafatı laureatıdır.[6]
Adam Riess | |
---|---|
ing. Adam Riess | |
![]() | |
Doğum tarixi | 16 dekabr 1969(1969-12-16)[1][2][…] (55 yaş) |
Doğum yeri | |
Elm sahəsi | astrofizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbərləri | Robert Kirshner[5] |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Adam Riess 1969-cu ilin dekabrında Vaşinqtonda, yəhudi ailəsində anadan olub.[7][8] Onun atası Maykl Riess (1931–2007), dəniz mühəndisi və dondurulmuş qida paylama şirkəti "Bistro International"ın sahibiydi.[9] Anası Doris Riess psixoloq idi.
Adam Riess Nyu Cersidə böyüyüb. 1992-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib. 1996-cı ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1999-cu ildə Kosmik Teleskop Elm İnstitutuna keçməzdən əvvəl A. Riess Berklidə Kaliforniya Universitetində Miller İnstitutunun Tədqiqat Proqramının əməkdaşı idi. A. Riess 1998-ci ildən kainatın genişlənmə sürətinin I. Tip Supernova izləmə yolu ilə elmi araşdırmalar aparan Brayan Şmidt ilə birlikdə işləməyə başladı. Onlar birlikdə kainatın genişlənmə sürətinin getdikcə artdığını kəşf etdilər və 2011-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər.
2009-cu ildən A. Riess ABŞ Milli Elmlər Akademiyasının üzvüdür.[10]