Çatqran — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.[2]
Kənd | |
Çatqran | |
---|---|
![]() | |
40°19′16″ şm. e. 44°34′47″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.680 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Zəngi çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].
Toponim türk dilində «iki çayarası yer»[4], «yarğanın kənarı»[5], «dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirə[6] mənasında işlənən çat sözü ilə «hərbi düşərgə», «həyət», «hasarlanmış, çəpərlənmiş yer», «hasar», «düşərgə», «hərbi düşərgə», «mənzil, ev», «karvansara» mənasında işlənən kuran (>qran) sözünün[7] birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Kənddə 1873 - cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 667 nəfər, 1914 - cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].
1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı yaşamışdır[9].
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür. Kəndə onların yerinə ermənilər köçürülmüşdür. 2011-ci ildə kəndin əhalisinin sayı 5319 nəfər olub.[10]
Kənddə asfalt zavodu fəaliyyət göstərir. Zavodun istehsal gücü saatda 110 tondur.[11]