Çernobıl döyüşü (rus. Бои за Чернобыль) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Çernobıl təcrid zonası və Pripyat şəhərində baş vermiş döyüş.
Rus-Ukrayna müharibəsi | |||
---|---|---|---|
Rusiyanın Ukraynanı istila etməsi | |||
![]() Çernobıl döyüşündən sonra Şimali Ukraynada Rusiya tərəfindən işğal edilmiş ərazilərin xəritəsi. | |||
Tarix | 24 fevral, 2022 | ||
Yeri | Çernobıl təcrid zonası və Pripyat | ||
Nəticəsi | Rusiya Silahlı Qüvvələrinin geri çəkilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
![]() |
2022-ci ilin 24 fevral tarixində gecə saatlarında başlayan döyüş, elə həmin günün sonunda Rusiya Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib və beləliklə Çernobıl Atom Elektrik Stansiyası Rus ordusunun nəzarətinə keçib.[2] İddialara görə Çernobıl döyüşündə Belarus, Rusiya Silahlı Qüvvələrinə lojistik köməklik göstərib.[3][4][5]
1986-cı ilin 24 aprelində baş vermiş Çernobıl faciəsi zamanı Çernobıl Atom Elektrik Stansiyasından ətraf mühitə çoxlu miqdarda radioaktiv material yayılmışdır.[6] Partlayış baş verən reaktoru əhatə edən 30 kilometr (19 mil) radiusda olan ərazi Sovet hakimiyyəti tərəfindən boşaldılmış və təcrid zonası elan edilmişdir.[7][8]
Sözügedən ərazi zamanla Çernobıl təcrid zonası kimi rəsmiləşdirilib və ərazi yüksək səviyyədə qorunan və girişə qadağan edilmiş əraziyə çevirilib.[9] Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra ərazi yeni müstəqillik qazanmış Ukrayna Respublikasının ərazisinə düşmüş[10] və obyekt Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin balansına verilmişdir.[11]
2022-ci ilin 24 fevral tarixində günortadan sonra, Rusiyanın Ukraynanı istila etməsi hərbi əməliyyatı başlamışdır. Belarus istiqamətindən hücum edən Rusiya Silahlı Qüvvələrinin ilk hədəflərindən biri Çernobıl təcrid zonası olmuşdur. Ukrayna tərəfinin verdiyi məlumata görə aqressiv formada təcrid zonasına doğru hücum edən Rus ordusunun əsas məqsədlərindən biri ən qısa zamanda Çernobıl və Pripyat şəhərini ələ keçirmək olmuşdur.[12]
Günün sonunda Ukrayna hökuməti Rusiya Silahlı Qüvvələrinin Çernobıl və Pripyatı ələ keçirdiyini elan etdilər.[13]
Rusiyanın Çernobıl təcrid zonasını ələ keçirməsindən sonra ABŞ Dövlət Departamenti mötəbər mənbələrdən əldə edilən məlumatlara görə Rus əsgərlərinin Çernobıldakı obyektlərdə çalışan əməkdaşları girov saxladıqlarını açıqladılar.[14] Rus ordusunun açdığı artilleriya atəşi nəticəsində mərmilər radioaktiv tullantıların saxlandığı anbarlara düşüb və radioaktivliyin artması müşahidə olunub.[15] Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sənaye sahəsində heç bir tələfat və dağıntı olmadığını bildirib.[16][17]
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu zonanı ələ keçirməsini bütün Avropaya qarşı müharibə elanı adlandırıb.[18] Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mykhailo Podoliak bildirib ki, keçmiş Çernobıl AES-in, həbsxananın və nüvə tullantılarının saxlanıldığı anbarlarının vəziyyəti naməlumdur.[19]
Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sənaye sahəsində heç bir tələfat və dağıntının olmadığını və Çernobıl təcrid zonasında yerləşən nüvə obyektlərinin təhlükəsizliyinin həyati əhəmiyyət kəsb etdiyini açıqlayıb.[16][20]
Kiyevə hücum əməliyatına ümumi olaraq bağıldıqda Çernobılın ələ keçirilməsi Kiyevə doğru irəliləyən Rus qoşunları üçün keçid nöqtəsi sayıla bilər. Amerika Birləşmiş Ştatlarının Avropadakı Ordusunun keçmiş komandanı Ben Hodges bildirib ki, Çernobıl təcrid zonası çox strateji yerdə yerləşir.
Əgər Rusiya Silahlı Qüvvələri Kiyevə şimaldan hücum edirsə, Çernobıl elə oradadır - deyə keçmiş komandan bildirib. ABŞ Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin keçmiş müavini Evelin Farkas isə Rusiya Silahlı Qüvvələrinin paytaxtı mühasirəyə almağa çalışdığını bildirib.[21][22]
Ukraynanın Daxili İşlər üzrə müşaviri Anton Heraşenko deyib ki, işğalçıların artilleriya zərbələri nüvə tullantıları anbarına dəysə, radioaktiv toz Ukrayna, Belarus və Avropa İttifaqı ölkələrinin ərazilərini bürüyə bilər.[18] BBC-nin məlumatına görə, ərazidəki monitorinq stansiyaları radiasiya səviyyəsinin 20 dəfə, yəni 65 µSv/saat artdığını bildirib. Şeffild Universitetindən olan Claire Corkhill, artımın lokal olduğunu və qismən Çernobıl təcrid zonasında və onun ətrafında yaşayan insanların və nəqliyyat vasitələrinin artan hərəkəti ilə əlaqədar olduğunu, yer üzündəki radioaktiv tozları hərəkətə gətirəcəyini bildirib.[23]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |