. Love.az

Cili Araukariyasi - Wikipedia - Love.az

Ana Səhifə - Cili Araukariyasi

Çili araukariyası (lat. Araucaria araucana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin araukariyalar dəstəsinin araukariyakimilər fəsiləsinin araukariya cinsinə aid bitki növü.

Çili araukariyası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Araukariyalar
Fəsilə:
Araukariyakimilər
Cins:
Araukariya
Növ:
Çili araukariyası
Beynəlxalq elmi adı
  • Araucaria araucana K.Koch, 1873
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183482
NCBI  42754
EOL  1034857

Hündürlüyü 30–40 m-ə, gövdəsinin diametri 1-1,5 m-ə çatan piramida formalı həmişəyaşıl ağacdır. Cavan ağacların çətiri enlipiramida formalı, yan budaqları üfüqi və ya bir az meyllidir. Ağac yaşlandıqca aşağı budaqları tökülür. Qabığı boz-qonur, qatranlıdır. Tökulməyən yarpaqları oval-nizəşəkilli, məsaməli və hər iki tərəfdə zolaqlıdır, uzunluğu 30–50 mm, eni 8-25 mmdir ikievli və birevli olub, 10-15 il yaşayır. Yumurtacıq toxum pulcuğunda olur və örtücü pulcuqlarla birlikdə inkişaf edir. Dişi qozaları Şarşəkilli, tünd-qonur rəngli olub, uzunluğu 10-18 sm, eni 8-15 sm-ə qədərdir, 2-3 ilə yetişir. Erkək qozaları şaquli yerləşir, sarımtıl-qonurdur, uzunluğu 7-15 sm, eni 5 sm-ə qədərdir, tək və topalarla yerləşir, mikrosporofilləri birdir. Toxumların rəngi açıq-qonur, açıq narıncı, üçbucaq formasındadır. Araucaria aracuana növü işıq və istiliksevəndir, quraqlığa davamlıdır. Münbit və əhəngsiz torpaqları sevir. Azərbaycanda Abşeron, Lənkəran və Astara bölgələrində, Gəncədə park və bağlarda, xiyabanlarda rast gəlinir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çili_araukariyası&oldid=7844981"
LOVE.AZ