. Love.az

Araucariaceae - Wikipedia - Love.az

Ana Səhifə - Araucariaceae

Araukariyakimilər (lat. Araucariaceae) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin araukariyalar dəstəsinə aid bitki fəsiləsi.

Araukariyakimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Araukariyalar
Fəsilə:
Araukariyakimilər
Beynəlxalq elmi adı
  • Araucariaceae W.Hochst. & Henkel, 1865[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18049
NCBI  25664
EOL  4067
FW  54789

Həmişəyaşıl ağaclardır. Hündürlüyü 70 m-ədək, gövdəsinin diam. 3 m-ədəkdir. Yarpaqları (iynələri), əsasən, xətvarı, yaxud enlidir; tək-tək iri qozaları olur. Dişi qozalarda toxum pulcuqları tamamilə və ya qismən ötürücü pulcuqlara bitişmişdir.Toxum pulcuğunun üst tərəfində bir ədəd yeməli toxum inkişaf edir. Digər iynəyarpaqlılardan fərqli olaraq Araukariyakimilərin tozcuqları toxum başlanğıcına deyil, dişi qozanın pulcuq qoltuğuna düşür və burada başlanğıcına doğru hərəkətsiz spermilər çatdıran tozcuq borusu kimi inkişaf edir. İki müasir cinsi var: aqatis və araukariya. Araukariya meşələri oduncaq, həmçinin yüksək keyfiyyətli qatran almaq üçün əsas mənbədir. İynəyarpaqlı bitkilərin qədim fəsiləsindən olan araukariyakimilər Yura dövründə meydana gəlmişdir.[3]

Cinsləri

redaktə
  • Aqatis (Agathis Salisb.)
  • Araukariya (Araucaria Juss.)
  • Wollemia W.G.Jones, K.D.Hill & J.M.Allen

İstinadlar

redaktə
  1. ↑ Appendix IIB: Conserved and rejected names of families of bryophytes and spermatophytes. // International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) / red. N. J. Turland, J. H. Wiersema, F. Barrie, V. Qreuter, D. L. Hawksworth, P. S. Herendeen, S. Knapp, W. Kusber, D. Z. Li, K. Marhold və b. 2018. ISBN 978-3-946583-16-5
  2. ↑ Maarten J.M. Christenhusz, Reveal J. L., Farjon A., Gardner M. F., Mill R. R., Chase M. W. A new classification and linear sequence of extant gymnosperms (ing.). // Phytotaxa Magnolia Press, 2011. Vol. 19, Iss. 1. P. 55–70. ISSN 1179-3155; 1179-3163 doi:10.11646/PHYTOTAXA.19.1.3
  3. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 594. ISBN 978-9952-441-02-4.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Araukariyakimilər&oldid=7844978"
LOVE.AZ