. Love.az

Cingiz Babayev Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Cingiz Babayev Milli Qehreman
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Çingiz Babayev (2 oktyabr 1964, Bakı – 28 oktyabr 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub.

Çingiz Babayev
Çingiz Adil oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 2 oktyabr 1964
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 oktyabr 1995 (31 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi yanğın
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi
Baş leytenant
Döyüşlər 1995-ci il Bakı metrosu yanğını
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ölməz qəhrəman
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İstitutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır.

Ölməz qəhrəman

redaktə

28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən vətənimizin cəsur övladı öz həyatını qurban verir.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 5 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Bakının Yasamal rayonu ərazisində ki, qəbiristanlıqda dəfn edilmişdir. Onun şərəfinə Ulduz metrostansiyasında abidə kompleksi ucadılmışdır.

İstinadlar

redaktə
  1. ↑ Real TV. "Metro faciəsi" (az.). Youtube.com. 28.10.2019. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 45–46.

Xarici keçidlər

redaktə
  • Babayev Çingiz Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • Çingiz Babayev Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çingiz_Babayev&oldid=8005124"
LOVE.AZ