. Love.az

Cirkin Kral Bagislamaz Film 1967 - Wikipedia - Love.az

Ana Səhifə - Cirkin Kral Bagislamaz Film 1967

Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər.[2]

Çirkin Kral bağışlamaz
türk. Çirkin Kral affetmez
Janr dram filmi, bədii film, macəra filmi
Rejissor
  • Yılmaz Atadəniz[d]
Prodüser
  • İrfan Atasoy[d]
Ssenari müəllifi
  • Yılmaz Güney
Baş rollarda
  • Yılmaz Güney
  • Nəbahat Çehrə
  • Yıldırım Gencer[d]
  • Nuran Aksoy[d]
  • Tuncer Necmioğlu[d]
İstehsalçı İrfan Film
İlk baxış tarixi 19 iyun 1967
Müddət 86 dəq.[1]
Ölkə
  •  Türkiyə
Dil türk dili
IMDb ID0277456

Mündəricat

  • 1 Məzmun
  • 2 Film haqqında
  • 3 Filmin heyəti
  • 4 Rollarda
  • 5 Filmi səsləndirənlər
  • 6 İstinadlar

Məzmun

redaktə

Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir…

Film haqqında

redaktə
  • Filmin çəkilişlərinə Cümhuriyyət Un Fabrikinin rəhbəri Həsən Atıl böyük kömək göstərmişdir[2].
  • Film 19 iyun 1967-ci ildə Şən və Klub kinoteatrlarında göstərilmişdir[2].

Filmin heyəti

redaktə
Rejissor: Yılmaz Atadeniz
Ssenari müəllifi: Yılmaz Güney
Operator: Rüfət Şirinər
Prodüser: İrfan Atasoy
Rəssam: Yılmaz Güney
Bəstəkar: Nəcib Sarıcıoğlu
İşıq: Mehmet Çaxar
Rejissor asistenti: Çətin İnanc
Səhnələrin quraşdırılması: Cəlal Kəskin
İkinci operator: Mustafa Kent
Afişa: İbrahim Ənəz
Səs rejissoru: Nəcib Sarıcıoğlu
Səs operatoru: Fəhmi Acar

Rollarda

redaktə

Yılmaz Güney — Yusif Dağçı
Nəbahat Çehrə — Ayşə
İldırım Gəncər — İldırım
Nuran Ağsoy — İldırımın sevgilisi
Tuncər Nəcmioğlu — Mustafa İşıq
Ənis Fosforoğlu — Ərdoğan

Filmi səsləndirənlər

redaktə
  • Ticən Par
  • Ərdoğan Əsənboğa
  • Əbdürrəhman Palay
  • Timuçin Caymaz
  • Vala Önəngüt
  • Nəvin Ağqaya

İstinadlar

redaktə
  1. ↑ IMDb (ing.). 1990.
  2. ↑ 1 2 3 Çirkin Kral bağışlamaz — Sinemalar.com
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çirkin_Kral_bağışlamaz_(film,_1967)&oldid=7752985"
LOVE.AZ