. Love.az

Corniye Bratya Adalari - Wikipedia - Love.az

Ana Səhifə - Corniye Bratya Adalari

Çornıye Bratya adaları (rus. Чёрные Братья) — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil 3 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalar qrupu Brat-Çirpoev, Çirpoy və elə də böyük olmayan qayadan ibarət olan Dəniz Samuru adasından ibarətdir. Çirpoy və Brat-Çirpoev adalarını Snou boğazı ayırır. Qrupun ümumi sahəsi 37 km² təşkil edir. Adaların ətrafında dəniz şirlərinin yerləşim yerləri və quşların kütləvi yuva qurduğu əraxilər vardır. Çirpoy adasında iki fəaliyyətdə olan vulkan vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m). Adalar ilk dəfə 1770-ci ildə İvan Çornoyevin jurnalında qeyd edilmişdir. 69 km şimal-şərqdə yerləşən Simuşir adasından Bussol boğazı, 30 km cənub-qərbdə yerləşən yerləşən Urup adasından isə Urup boğazı ilə ayrılır. Adalar qrupundaan 30 km cənub-qərbdə Brouton adası yerləşir.

Çornıye Bratya adaları
rus. Чёрные Братья
Ümumi məlumatlar
Adaların sayı 3
Ümumi sahəsi 37 km²
Hündür nöqtəsi 749 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
46°30′ şm. e. 150°55′ ş. u.HGYO
Ölkələr
  •  Rusiya
  •  Yaponiya
Vilayət
  • Saxalin vilayəti
Arxipelaq
  • Kuril adaları
Akvatoriya
  • Sakit okean
  • Oxot dənizi
Çornıye Bratya adaları xəritədə
Çornıye Bratya adaları
Çornıye Bratya adaları
Çornıye Bratya adaları xəritədə
Çornıye Bratya adaları
Çornıye Bratya adaları

Mənbə

redaktə
  • Adaların təsviri. Xəritə. Şəkillər.
  • Chirpoi at Global Volcanism Program
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çornıye_Bratya_adaları&oldid=7769700"
LOVE.AZ