. Love.az

Brouton Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Brouton Adasi

Brouton adası (rus. Остров Броутона) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada britaniyalı dənizçi Vilyam Broutonun şərəfinə adlandırılmışdır. Adanın hündürlüyü 800 m, sahəsi isə 7 km² təşkil edir. Bura iki içməli su axarı vardır. Sönmüş vulkanın su səthi hissəsini təşkil edir. Ada ətrafında 3,7 km radiusunda maqnit anomaliyası müşahidə edilir. Sahillərində dəniz kələmi su altı sıx cəngəllik əmələ gətirir. Üstəlik burada Şimal dəniz şiri, perpalar, dəniz samuru kimi canlılara rast gəlinir. Adanın qayalıqlarında qağayılar, ağılsızlar yuva qurur. 20 km cənub-şərqdə Çornıye Bratya adaları qərarlaşır.

Brouton adası
rus. Остров Броутона
Ümumi məlumatlar
Sahəsi 7 km²
Uzunluğu
  • 4,5 km
Eni 3,2 km
Hündür nöqtəsi 800 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
46°43′ şm. e. 150°44′ ş. u.HGYO
Ölkələr
  •  Rusiya
  •  Yaponiya
Vilayət
  • Saxalin vilayəti
Arxipelaq
  • Kuril adaları
Akvatoriya
  • Sakit okean
  • Oxot dənizi
Brouton adası xəritədə
Brouton adası
Brouton adası
Brouton adası xəritədə
Brouton adası
Brouton adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

redaktə
  • Adanın təsviri. Plan. Foto şəkillər.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Brouton_adası&oldid=7769697"
LOVE.AZ