Ögey ana — Rejissor Həbib İsmayılovun filmi.[2] Azərbaycanda ən populyar filmlərdən biridir.[3]
Ögey ana | |
---|---|
Janr |
dram macəra uşaq |
Rejissor | Həbib İsmayılov |
Ssenari müəllifləri | Həbib İsmayılov, Anna Yan |
Baş rollarda |
Nəcibə Məlikova — Dilarə Fateh Fətullayev — Arif Həqiqət Rzayeva — Qəmər Ceyhun Şərifov— Dadaş Əzizə Məmmədova — Solmaz Hacımurad Yegizarov — Ayaz Ələsgər Ələkbərov — Hüseyn dayı Nəsibə Zeynalova — Fatmanisə Şəfiqə Qasımova — Zeynəb Ceyhun Mirzəyev — İsmayıl S. Axundova — Cəmilə |
Operator | Xan Babayev |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar | Elbəy Rzaquliyev, Məmməd Hüseynov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 9 dekabr 1958[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 81,5 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 1958 |
Texniki məlumatlar |
9 hissə 2355 metr 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri | İsmayıllı rayonu, Qalacıq kəndi |
IMDb | ID0314342 |
Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın[4] (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir.
Ceyhun Mirzəyev - İsmayıl
Filmdə "İsmayıl" rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıb[10]. Onun əvəzinə dublyor çəkilib[10]. İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev Ceyhun Mirzəyevin dublyoru olub[10].