. Love.az

Onder Aksakal - Wikipedia - Love.az

Ana Səhifə - Onder Aksakal

Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Öndər Aksakal
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — İstanbul (2.)
Şəxsi məlumatlar
Doğum tarixi 1960
Doğum yeri
  • Antalya ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • DSP
Təhsili
  • Səlcuq Universiteti
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Öndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub.[1]

12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb.

Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb.[1]

2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir.[1]

2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 TBMM. "Mehmet Önder AKSAKAL". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Öndər_Aksakal&oldid=7480871"
LOVE.AZ