. Love.az

Ummu Roman - Wikipedia - Love.az

Ana Səhifə - Ummu Roman

Ümmü Ruman bint Amir ibn Uveymir ibn Abdişəms əl-Kinaniyyə (ərəb. زينب بنت عامر الكنانية‎[1]; v. 628, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, Əbu Bəkrin həyat yoldaşı, Aişənin anasıdır. Qureyş qəbiləsindəndir.

Ümmü Ruman
ərəb. أم رومان‎
Vəfat tarixi 628
Vəfat yeri
  • Mədinə
Həyat yoldaşı
  • Əbu Bəkr
Uşaqları
  • Aişə binti Əbu Bəkir,
  • Əbdürrəhman ibn Əbu Bəkr

Bioqrafiyası

redaktə

Adının Zeynəb olduğu rəvayət edilsə də, künyəsi ilə tanındığı üçün adı unutulmuşdur.[2] O, Kinan qəbiləsinin əl-Haris qolunun Duhman nəslindən olan Amir ibn Uveymirin qızı idi. O, Əzd qəbiləsindən olan əl-Haris ibn Səhbarə ilə evlənir və onların Tufeyl adlı bir oğlu doğulur.

Ailə əl-Saradan Məkkəyə köçür və burada əl-Haris Əbu Bəkrlə ittifaq qurur. Bu zaman Əbu Bəkr artıq Quteylə binti Əbdüluzza ilə evli idi.

Qısa müddət sonra Ümmü Ruman dul və dəstəksiz qalır. Əbu Bəkr onunla evlənir və onların iki övladı olur: Əbdürrəhman və Aişə.

Ümmü Ruman 622-ci ildə Aişə, Əsma və Abdullahın müşayiəti ilə Mədinəyə hicrət edir.[3]

İbn Səd Ümmü Rumanın 628-ci ilin aprel-may ayında Mədinədə vəfat etdiyini iddia edir. İbn Həcər əl-Əsqəlani onun 630-cu ildə vəfat etdiyinə inanırdı. Onun cənazəsi qəbrə qoyulan zaman Məhəmməd peyğəmbər belə buyurdu:

  “Hurilərin necə olduğunu bilmək istəyən Ümmü Romanın necə göründüyünü xatırlasın”.  

Hədis elmindəki yeri

redaktə

Ümmü Ruman Məhəmməd peyğəmbərdən bir hədis rəvayət etmişdir. Tabiindən Məsruk ibn Əcdanın ondan nəql etdiyi rəvayətinin isə mürsəl olduğu qeyd olunur.[2]

İstinadlar

redaktə
  1. ↑ "Companion's Tree". Quran search online. 2013-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-28.
  2. ↑ 1 2 "Ümmü Ruman". TDV İslam Ansiklopedisi. 28.05.2025 tarixində arxivləşdirilib.
  3. ↑ Muhammad ibn Jarir al-Tabari. Tarikh al-Rusul wa’l-Muluk. Translated by Landau-Tasseron, E. (1998). Biographies of the Prophet’s Companions and Their Successors, pp. 171—172. Albany: State University of New York Press.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümmü_Ruman&oldid=8151472"
LOVE.AZ