. Love.az

Aise Binti Ebu Bekr - Wikipedia - Love.az

Ana Səhifə - Aise Binti Ebu Bekr
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Medineli92 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[1][2][…], Məkkə – təq. 13 iyul 678[3], Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk Raşidi xəlifə Əbu Bəkrin qızıdır. Qureyş qəbiləsindəndir. Qurana görə[5] "Möminlərin Anası"[6] olaraq qəbul edilir.[7] Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir.

Aişə
ərəb. عائشة بنت أَبي بكر‎
Doğum tarixi 614[1][2][…]
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi təq. 13 iyul 678[3]
Vəfat yeri
  • Mədinə, Əməvilər xilafəti
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Həyat yoldaşı
  • Məhəmməd (6557–7391)[4]
Atası Əbu Bəkr[4]
Anası Ümmü Ruman bint Amir
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir.[8][9][10][11]Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə[12] qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında [13] peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.[14][15]

622-ci ildə Məhəmməd peyğəmbər və digər bir qrup müsəlmanlarla birlikdə Mədinəyə köçmüşdür. 632-ci ildə atası Əbu Bəkr xəlifə seçilmişdir. 656-cı ildə üçüncü Raşidi xəlifə Osmanın üsyançılar tərəfindən öldürülməsi və Əli ibn Əbu Talibin xəlifə seçilməsindən sonra səhabələr Təlhə, Zübeyr və digərləri ilə birləşib Əliyə tabe olmaqdan boyun qaçırmış və ondan Osmanın qatillərinin cəzalandırılmasını tələb edərək ona qarşı çıxmışdır. Hadisələrin sonrakı gedişatı müsəlmanlar arasında bir sıra döyüşlərə səbəb olmuşdur. Tarixdə Cəməl döyüşü olaraq adlandırılan belə döyüşlərin birində Aişə və tərəfdarları məğlub olmuş, Təlhə döyüş zamanı, Zübeyr isə döyüşdən sonra öldürülmüşdür. Əli qələbədən sonra Aişəni əfv etmiş, onu Mədinəyə yola salmış və ona maaş da kəsmişdir. Aişə ömrünün sonuna qədər Mədinədə yaşamış və 672-ci ildə 68 yaşında vəfat etmişdir.[16]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bell A. Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. ↑ 1 2 Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. ↑ 1 2 АЙША // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  4. ↑ 1 2 3 Али-заде А. Аиша бинт Абу Бакр (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  5. ↑ Quran. Əhzab surəsi. 6.
  6. ↑ "islamport Aişə". web.archive.org. 2020-08-10. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-21.
  7. ↑ "Əhzab surəsi — Vikimənbə". az.wikisource.org (az.). 2024-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-21.
  8. ↑ Maʿluf, Louis. "Al-Munjid" (ərəbcə).
  9. ↑ Şibli, Mövlanə. Əsri Səadət, cild II. 997.
  10. ↑ İbn Hənbəl, Əhməd. "Müsnəd" (ərəbcə).
  11. ↑ Buxari. "Fəzailul Quran" (ərəbcə). 6.
  12. ↑ İbn Hişam. Əs-Siratun-nəbəviyyə (ərəbcə).
  13. ↑ Şibli, Mövlanə. "Əsri Səadət", II cild. 997.
  14. ↑ Bəlazuri, Əhməd bin Yəhya. "Ənsabul Əşraf" (ərəbcə).
  15. ↑ Zəkkar, Suheyl. "Riyaz Zikirli" cild I (ərəbcə). Beyrut: Darul Fikr. 1996. 409.
  16. ↑ İbn Hənbəl, Əhməd. "Müsnəd" (ərəbcə).

Həmçinin bax

redaktə
  • Məhəmməd peyğəmbər
  • Əbu Bəkr
  • Əsma binti Əbu Bəkr
  • Muheyyiz ayini
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aişə&oldid=8174372"
LOVE.AZ