İbni Hümam (ərəb. ابن الهمام) və ya Kəmaləddin Məhəmməd ibn Əbdülvahid ibn Əbdülhəmid ibn Məsud əs-Sivasi (1388[1] – 1457[2], Qahirə) — XV əsrin Hənəfi fəqihlərdən biri.[3]
İbni Hümam | |
---|---|
ərəb. ابن الهمام | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | İskəndəriyyə, Məmlük dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Qahirə, Məmlük dövləti |
Elm sahəsi | fiqh |
Tanınmış yetirmələri | Süyuti, Zəkəriyyə əl-Ənsari |
İbni Hümam 1386-cı ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Babası Əbülhəmid və babasının atası Məsud əslən Sivaslıdırlar. Babasının atası Məsud Sivasda qazılıq etmişdir. Etimala görə atası, Anadoludakı qarışıqlıqdan xilas olmaq üçün Məmlüklərin hakimiyyəti altındakı Misirə getmiş və İsgəndəriyyədə Hənəfi qazısı vəzifəsində çalışmışdır. Babasının babası Hümaməddinə görə İbni Hümam nisbəsi ilə məşhurlaşmışdır. Ləqəbi "Kəmaləddin" olan İbni Hümam, atasından və İskəndəriyyədəki alimlərdən elm öyrənmişdir. Seyid İmam Cəlaluddindən fiqh elmini öyrənnişdir. Ərəbcəni və alət elmlərini (sərf, nəhv, lüğət…) Cəmaluddin Həmididən, üsul və digər elmləri Bisatidən, hədis elmini Əbu Züraya İraqidən öyrənmişdir. Cəmaluddin Hənbəli və Şəmsuddin Şamidən hədisi-şərif dinləmişdir. Məraği və İbni Zahirədən başqa qırx böyük alimdən icazət almışdır.[3]
İbni Hümamın elm öyrəndiyi ən məşhur müəllimləri bunlardır:[4]
İbni Hümam dörd məzhəbin alimlərinə elm öyrətmişdir. Təsəvvüf əhlinin qovuşduğu mənəvi mövqe və dərəcələrə də qovuşan İbni Hümamın kəşf və kəramətləri müşahidə olunmuşdur. Bir müddət insanlardan ayrılıb inzivaya çəkildisə də, edilən arzu və israrlar üzərinə geri dönərək yenidən müəllimliyə başladır. Mənsuriyyə, Əşrəfiyyə və Şeyhuniyyə mədrəsələrində fiqh dərsləri vermişdir.[3]
İbni Hümam 1457-ci ildə Qahirədə vəfat etmişdir.
Elm, fəzilət və gözəl əxlaq sahibi təvazökar bir kimsə olan İbni Hümam bir çox əsər yazmışdır. Əsərlərindən bəziləri bunlardır:[3]
Tələbələrindən bəziləri bunlardır:[4]