İbrahim İlyaslı (tam adı:Hacıyev İbrahim Musa oğlu; 10 mart 1963, Aslanbəyli, Qazax rayonu) — tanınmış şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü (2018), RF Çuvaşıstan Yazıçılar İttifaqının üzvü (2023)
İbrahim İlyaslı | |
---|---|
Doğum tarixi | 10 mart 1963(1963-03-10) (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. "Bu bahar oldu" adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı "Politexnik" qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı "Dəniz" Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Hamı bir körpüdən keçir" adlı ilk şeirlər kitabı 1998-ci ildə "Ağrıdağ" nəşriyyatında çap olunub. "Mən bir söz bilirəm" adlı ikinci şeirlər kitabı 2004-cü ildə "Adiloğlu" nəşriyyatında, "Yuxuma söykənmiş adam" adlı üçüncü şeirlər kitabı 2011-ci ildə "Avrasiya Press" nəşriyyatında, "Şair olmaq zülümdü" adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə "Qələm Nəşrlər Evi"ndə nəşr edilib. 2020-ci ildə tərcümələrdən ibarət "Qırmızı almadan Qızıl almaya" kitabı "Vektor" Beynəlxalq Nəşrlər Evi tərəfindən çap edilib.
Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun "Bilgələr Gənəsi"nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi "San Yarlığı" ödülünə layiq görülüb. 2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "Mahmud Kaşqari Medalı" ilə təltif edilib.
2019-cu ildə "Şair olmaq zülümdü" adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatına layiq görülüb.
2019-cu ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi "Şahmar Əkbərzadə mükafatı"nın laureatı olub.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə "TƏRƏQQİ" medalı ilə təltif edilib.
Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda(2016) və Qazaxstanda(2018) nəşr olunmuş "Çağdaş Azərbaycan poeziyası" antologiyalarına daxil edilib.
2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb. Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.
Azərbaycan Yazıçılar Birliyinin 2022-ci ildə keçirilmiş XIII qurultayında AYB "Poeziya Seksiyası"nın rəhbəri vəzifəsinə təyin edilib.
Təltiflər