Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Aslanbəyli | |
---|---|
| |
41°13′57″ şm. e. 45°10′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 373 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3513 |
![]() |
Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır.[2]
Aslanbəyli kəndi Qazax rayonunun qərbində, İncə dərəsində, İncəsu çayının (Kürün qolu) vadisində, düzənlikdə yerləşir. İncə dərəsində yerləşən üç kənddən biridir. Rayonun mərkəzi olan Qazax şəhərindən 30 kilometr şimal-qərbdə, Bakı - Gürcüstan magistral yolundan 7 kilometr aralıda yerləşir. Kəndin ərazisi qərbdən Qaymaqlı kəndiylə, İncə dərəsinə gedən əsas yoldan şərq istiqamətində Yuxarı Salahlı kəndiylə, çöllük ərazilərdən cənub və cənub-şərqdən Avey dağı və Daş Salahlı kəndiylə, şimaldan Birinci Şıxlı kəndiylə, cənub-qərbdən Qərbi Azərbaycanın Barana rayonu (Noyemberyan) rayonunun Qurumsu kəndiylə qonşudur. Vadidə yerləşən Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin yerləşdiyi əraziyə İncə dərəsi deyilir.[4] Aslanbəyli kəndi, əhalisinin və ərazisinin böyüklüyünə görə dərədə ən böyük kənddir.
İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir.
Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
Müqəddəs adətinə bir dəfə də olsun naxələflik etməyən Hürmələk nənə hər cümə günü Aslanbəyli kəndinə gedib cümə namazlarını Hacı Mahmud Əfəndi həzrətlərinin evində qılar, bu ulu Övlüyanın camalından nur payını götürərdi. Günorta namazını isə həmişə olduğu kimi həmin təpənin üstündə qılıb Salahlıya - evlərinə tələsərdi. Bir gün namaz üstündə dünyasını dəyişən Hürmələk nənə elə bu təpədə torpağa tapşırılmışdır. Buna görə də camaat həmin təpəni "Hürmələk təpəsi" adlandırmışdır.
Uzun illər ötüşdü, tək məzar adlanan həmin yer ocaq yerinə cevrildi. Kimi ehsanat kimi həmin məzarın ətrafını hördurdü, kimi başdaşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin üstünə qədər pilləkən saldırdı. Hər yoldan keçən təpənin qarşısında ayaq saxlayır, Allahdan Hürmələk nənəyə rəhmət diləyir.
Aslanbəyli bələdiyyəsi Aslanbəyli kəndini əhatə edir.[6]
939 təsərrüfatı olan kənddə 4,165 nəfər əhali yaşayır. Aslanbəyli kəndi əhalisinin sayına görə, rayonun inzibati mərkəzi olan Qazax şəhəri başda olmaqla, Daş Salahlı və Çaylı kəndlərindən sonra rayonda 3-cü böyük kənddir.
Kənddə Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir müsəlman, övliya, mistik və filosof olan Veysəl Qaraninin qəbri var və bu soydan törəyən nəsillərə Qaranallılar (Qaranilər) deyirlər. Kənddəki nəsillərin əksəriyyətinin soyu Qaranilərdən gəlir.Seyidovlar nəslidə bu soyun qollarından biridir.
Müridizm baxış bucağından burası qutsal bir məkandır. Hər kənd məşhur bir şəxsiyyəti ilə daha çox tanındığı kimi Aslanbəyli də hər şeydən öncə bu kənddə yaşayıb torpağa tapşırılan böyük nəkşibəndi övliyası Hacı Mahmud Əfəndinin adı, onun inanclıların ziyarət etdiyi Türbəsi ilə tanınır. Elə bundan dolayıdır ki, kənd sazın, sözün beşiyi olmaqdan öncə, eyni zamanda ruhani bir məkan - İslam dininin pərvəriş tapdığı inanclı insanların yurdu kimi bilinir
Aslanbəyli qədim vaxtlardan sazın, sözün beşiyidir. Aşıq sənəti çox böyük tarixə malikdir. İncə dərəsi elindən çox ustad, istedadlı aşıqlar çıxmışdır və indi də bu sənəti layiqincə davam etdirirlər.
19-cu əsrin ortalarında Hacı Mahmud Əfəndi elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır.
Aslanbəylidə ilk oğlan və qız məktəbini professor, əməkdar elm xadimi Əhməd Seyidov təşkil etmişdir. Kənddə elm və maarifin inkişafında, həmin dövrdə savadlı kadrların yetişməsində Əhməd müəllimin böyük rolu olmuşdur.
Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və narçılıq təşkil edir. Əsas kənd-təsərrüfat bitkiləri taxıl, yonca, kartof və başqalarıdır. Kənddə böyük otlaq sahələri var. Aslanbəyli kənd sakinlərinin 1720 hektar əkin sahəsi var ki, bunun da 800 hektara yaxını taxıl, 290 hektarı yonca sahəsi, 700 hektara yaxını, digər əkin sahələridir.