. Love.az

Ibrahim Bey Azer - Wikipedia - Love.az

Ana Səhifə - Ibrahim Bey Azer

İbrahim bəy Əli bəy oğlu Fuladov (və ya Poladov) (1836 – 1885) — şair, quberniya katibi, Qasım bəy Zakirin nəvəsi. Abdulla bəy Asinin böyük qardaşı.[1]

İbrahim bəy Azər
Təxəllüsü Azər
Doğum tarixi 1836
Doğum yeri
  • Şuşa, Şuşa qəzası
Vəfat tarixi 1885
Vəfat yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Dəfn yeri
  • Şuşa
Fəaliyyəti şair
Vikimənbənin loqosu İbrahim bəy Azər Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Ailəsi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

İbrahim bəy Əli bəy oğlu 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu.

Təhsili

redaktə

Atasını erkən yaşlarda itirdiyindən babası Qasım bəy Zakirin himayəsində böyümüşdü. İbtidai təhsilini molla yanında, daha sonrakı təhsilini mədrəsədə almışdır. Mədrəsədəki təhsilinə daha sonra qəza məktəbində davam etdirmişdir. Rus və fars dillərini bilmişdir.[2]

Fəaliyyəti

redaktə

Təhsilini tamamladıqdan sonra bir müddət mədrəsədə çalışmış, daha sonra isə dövlət qulluğunda işləməyə başlamışdır. Dövlət qulluğundakı fəaliyyəti boyunca qəza idarəsində II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdır. Quberniya katibi çini almışdı. İbrahim bəy şair idi. Azər təxəllüsü ilə şeirlər yazan İbrahim bəyin yaradacılığının böyük hissəsi dövrümüzə gəlib çatmamışdır. Lakin şeiriyyatının əsasən, əruz vəznində olan şeirlərdən ibarət olduğu məlumdur. Onun şeirləri ilk dəfə Firudin bəy Köçərli tərəfindən "Azərbaycan ədəbiyyatı" və "Poetik məclislər" kitablarında yayımlanmışdır.[3]

İbrahim bəy, Mir Möhsün Nəvvab tərəfindən təşkil edilən və Şuşa ziyalılarının aktiv iştirak etdiyi Məclisi Fəramüşanın üzvlərindən biri olmuşdur.

İbrahim bəy Əli bəy oğlu Fuladov 1885-ci ildə elə doğulduği Şuşa şəhərində vəvat etmişdir.

Ailəsi

redaktə

İbrahim bəyin atası Əli bəy Qasım bəy Zakirin oğlu olmuşdur. İbrahim bəyin Əliş bəy, Xosrov bəy adlı oğlanları vardı. Bundan başqa, o dönəmin bir digər məşhur şairi Abdulla bəy Asi, İbrahim bəyin böyük qardaşıdır. Bundan başqa, İbrahim bəyin bir digər qardaş Xudadat bəy Poladov da şair olmuşdur. Anasının adı Nənuş xanım olmuşdur.

Fuladov və ya Poladov deyə adlandırılan ailə Qarabağ xanları nəslinin nümayəndələridirlər.

İstinadlar

redaktə
  1. ↑ Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
  2. ↑ Anvar, Chingizoglu. Poladovlar. Baku: Soy. 2010. 32–39.
  3. ↑ Əsgərli, Zaman. Azərbaycan şeri antologiyası publisher = Şərq-Qərb. Baku. 2005. 272. ISBN 9952-418-69-5. (#missing_pipe)

Həmçinin bax

redaktə
  • Poladovlar
  • Dağlıq Qarabağ
  • Şuşa

Xarici keçidlər

redaktə
  Vikimənbədə Müəllif:İbrahim bəy Azər ilə əlaqəli mətnlər var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbrahim_bəy_Azər&oldid=8110246"
LOVE.AZ