. Love.az

Poladovlar - Wikipedia - Love.az

Ana Səhifə - Poladovlar

Poladovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Poladovlar
Titul Bəy
Əcdadı Polad bəy Cavanşir
Qohum soylar Xazalanskilər
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Qalereya
  • 4 Mənbə
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Soyun yaranması

redaktə

Bu soyun ulu babası Polad ağa Cavanşirdir. Polad ağa İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Öz adı ilə adlanan obanı idarə edirdi. Bu oba Cavanşir mahalının Xazalan mülkündə qərar tuturdu. Polad ağanın törəmələri Fuladov, Poladov soyadlarını daşıyırdılar. Polad ağanın Tanrıverdi ağa, Həkimxan ağa adlı oğlanları vardı. Tanrıverdi ağa Şuşa şəhərində dünyaya boy göstərmişdi. Molla yanında oxumuşdu. Həllaclıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Tanrıverdi ağanın Əli bəy adlı oğlu vardı.


Soyun məşhur nümayəndələri

redaktə
  • Əli bəy Fuladov — praporşik, Qasım bəy Zakirin kürəkəni.
  • Abdulla bəy Asi — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu.
  • İbrahim bəy Azər — şair, quberniya katibi, Qasım bəy Zakirin nəvəsi. Əli bəy Fuladovun oğlu.
  • Xudadat bəy Poladov — XIX əsr Azərbaycan şairi. Əli bəy Fuladovun oğlu.

Qalereya

redaktə

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Poladovlar, “Soy” dərgisi, 1 (34), 2010. səh.32-39.

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Şuşa

Xarici keçidlər

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Poladovlar&oldid=5988144"
LOVE.AZ