. Love.az

Ibrahim Xan Ustacli - Wikipedia - Love.az

Ana Səhifə - Ibrahim Xan Ustacli

İbrahim xan Ustaclı (?-1587) — Qızılbaş əmiri, I Şah Abbas Səfəvinin sərkərdəsi, Sərəxsin hakimi.

İbrahim xan Ustaclı
İbrahim xan Şahqulu sultan oğlu Yekanlı-Ustaclı
Sərəxs hakimliyi
1572 – 1587
Şəxsi məlumatlar
Doğum yeri Sərəxs, Xorasan, Səfəvilər
Vəfat tarixi 1587
Vəfat yeri Sərəxs, Xorasan, Səfəvilər
Vəfat səbəbi edam
Fəaliyyəti hərbi lider[d]
Atası Şahqulu sultan

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Şahqulu sultanın ikinci oglu İbrahim bəy də I Şah Təhmasib Səfəvidən sultan ünvanı almışdı. Qardaşı Mürşüdqulu xan ilə bərabər Xorasanda yaşayırdı. Sərəxsin hakimi idi. I Şah Abbasın hakimiyyətinin ilk çağlarından, 1587-ci ildən xan ünvanı ilə Xorasanı idarə edirdi.

İbrahim xan I Şah Abbasın əmri ilə öldürüldü.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax

redaktə
  • Ustaclı eli

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbrahim_xan_Ustaclı&oldid=6904337"
LOVE.AZ