İdil-Ural dövləti (tatar. İdel-Ural Ştatı/Идель-Урал-Штаты) — Rusiya vətəndaş müharibəsi zamanı, 1917-ci ildə Rusiya ərazisində yaşayan tatar, başqırd və çuvaş türklərinin birləşərək yaratdığı respublika. Paytaxtı Kazan şəhəri olan İdil-Ural Dövlətinin 15 milyon nəfər əhalisi var idi. Bu dövlət də 1918-ci ildə Rusiya tərəfindən işğal edildi.[1][2]
Respublika | |||
İdil-Ural dövləti | |||
---|---|---|---|
İdel-Ural Ştatı Идель-Урал-Штаты | |||
|
|||
![]() |
|||
|
|||
Paytaxt | Kazan | ||
Dil | Tatar dili, rus dili | ||
Rəsmi dilləri | Tatarca, başqırdca, çuvaşca | ||
Din | İslam, Pravoslavlıq, Tanrıçılıq | ||
Əhalisi | 15 milyon nəfər | ||
İdarəetmə forması | respublika | ||
![]() |
Volqaboyu türkləri tərəfindən yaradılmış Milli Məclis 1917-ci il dekabrında İdil-Ural adlı dövlətin yaradılmasını elan etdi. Müxtəlif türkdilli xalqları birləşdirən bu dövlət hər hansı xalqın hökmranlığını yolverilməz sayırdı. Sədri Maqsudinin başçılığı ilə hökumət də yaradıldı. Dövlətin tərkibinə Kazan və Ufa quberniyaları, Orenburq, Perm, Vyatka, Samara və Simbirsk quberniyalarının müəyyən əraziləri daxil ola bilərdi.[3] Milli Məclis Rusiyadan ayrılmaq məqsədini güdmədiyini bildirdi. Buna baxmayaraq, bolşeviklər belə dövlətin yaranmasına yol verə bilməzdilər. Bu məqsədlə bolşeviklər milli təşkilatların başçılarını həbs etdilər. Bolşeviklərin belə hərəkəti bir çox milli ziyalıları və siyasətçiləri onlardan üz döndərməyə məcbur etdi.[3] 18 mart 1918-ci ildə dövlət Qızıl ordu tərəfindən işğal edilmişdir.[4]