. Love.az

Ilham Eliyev Herbci - Wikipedia - Love.az

Ana Səhifə - Ilham Eliyev Herbci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İlham Əliyev (dəqiqləşdirmə).

İlham Müzəffər oğlu Əliyev (5 may 1961, Gədəbəy – 19 avqust 1990, Qazax) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

İlham Əliyev
İlham Müzəffər oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1961(1961-05-05)
Doğum yeri
  • Gədəbəy, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 19 avqust 1990(1990-08-19) (29 yaşında)
Vəfat yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi
Leytenant
Vəzifəsi Cinayət Axtarış Bölməsinin Əməliyyat Müvəkkili
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
"Qırmızı ulduz" ordeni
Milis əlaçısı

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Şəxsi həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Təltif və mükafatları
  • 4 İrsi və xatirəsi
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Həyatı

redaktə

5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər. İ. Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Mükəmməl polis" döş nişanına layiq görülmüşdür.[2]

Şəxsi həyatı

redaktə

Ailəli idi. Bir övladı var.

Döyüşlərdə iştirakı

redaktə

Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da, artıq gec idi.[3]

19 avqust 1990-cı il leytenant İlham Əliyev Qazax rayonunun Əskipara kəndində şəhid olub.[4] Gədəbəy rayonunda dəfn edilib.

Təltif və mükafatları

redaktə
  •   — "Qırmızı Ulduz" ordeni
  •   — "Mükəmməl polis" döş nişanı

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə leytenant İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[5]

  •   (6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

İrsi və xatirəsi

redaktə
  • Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
  • 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.[6][7]

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 84.

İstinadlar

redaktə
  1. ↑ ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu [ölü keçid]
  2. ↑ "Əliyev İLHAM MÜZƏFFƏR oğlu. veten-ugrunda.az". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
  3. ↑ "İlham Əliyev Müzəffər oğlu". www.ens.az ( (az.)). 16.09.2018. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.09.2018.
  4. ↑ "MİLLİ QƏHRƏMAN — ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu. faktxeber.com". 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
  5. ↑ "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.
  6. ↑ Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. Arxivləşdirilib 2013-09-25 at Archive.today AzərTAc, 25.09.2013. (az.)
  7. ↑ "YouTube"də izlə: "Alınmaz qalanın qəhrəmanları" "YouTube"də Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlham_Əliyev_(hərbçi)&oldid=8101074"
LOVE.AZ