Həsənağa Turabov (24 mart 1938[2], Bakı – 23 fevral 2003[3], Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986).
Həsənağa Turabov | |
---|---|
| |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri | |
1991 – 2003 | |
Əvvəlki | Lütfiyar İmanov |
Sonrakı | Azər Paşa Nemətov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 mart 1938(1938-03-24)[2] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 2003(2003-02-23)[3] (64 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | aktyor, rejissor, kinorejissor |
Uşaqları |
Daşqın Turabov Yalçın Turabov Sevinc Turabova[1] |
Dini | İslam |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.
2003-cü ildə vəfat etmişdir.[4] "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.[5] "Yeddi oğul istərəm" filmindəki "Gəray bəy" obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru şəxsən məhz sırf özü olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olmuşdu.
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
6 mart 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[7].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |