. Love.az

Imadeddin Nesiminin Abidesi Sumqayit - Wikipedia - Love.az

Ana Səhifə - Imadeddin Nesiminin Abidesi Sumqayit

İmaməddin Nəsiminin abidəsi[1] - Yerli əhəmiyyətli abidə 2003-cü ildə heykəltaraşlar Vaqif Nəzirov və Aqil Quliyev tərəfindən işlənmişdir. Sumqayıt şəhərinin S. Vurğun küçəsində, şairin adını daşıyan Nəsimi adına Mədəniyyət və İstirahət parkında qoyulmuşdur. Abidə Xəzərin sahilinə yaxın, parkın baş xiyabanının girəcəyində ucaldılmışdır. Postament ağ mərmər ilə üzlənmişdir. Postamet üzərində rum rəqəmləri ilə XIV - XV əsr və Nəsimi sözləri yazılmışdır. Abidənin özü isə bürüncdən hazırlanmışdır.

İmadəddin Nəsiminin abidəsi
Ölkə  Azərbaycan
Yerləşir Sumqayıt
Heykəltaraşlar V. Nəzirov və A. Quliyev

Həmçinin bax

redaktə
  • Sumqayıtdakı şəhər heykəllərinin siyahısı

İstinadlar

redaktə
  1. ↑ İmadəddin Nəsiminin abidəsi

Mənbə

redaktə
  • Sumqayıt abidələri Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İmadəddin_Nəsiminin_abidəsi_(Sumqayıt)&oldid=8115448"
LOVE.AZ