İmaməddin Həsənov — rejissor, aktyor.
İmaməddin Həsənov | |
---|---|
Doğum tarixi | (44 yaş) |
Doğum yeri | Quba, Azərbaycan SSR |
Fəaliyyəti | Aktyor |
İmaməddin Həsənov 1980-ci oktyabr ayının 15-də Quba şəhərində dünyaya gəlib. Orta təhsilini Qubada alıb. 1996-cı ildən Kimya-biologiya liseyində oxuyub. 1998-ci ildə liseyi bitirib, ADMİU-nun "rejissorluq" fakültəsinə daxil olub. Sənət müəllimləri Fikrət Məlikov və Cənnət Səlimova olublar. 1999-2006-cı illərdə Bakı Kamera Teatrında aktyor, rejissor, 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinini həmtəsisçisi və rejissoru, 2007-2008-ci illərdə Space TV-də rejissor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasının rejissorudur.
2006-cı ildə "2005-2006-cı illərin ən yaxşı gənc aktyoru" mukafatı ilə təltif olunub. Türkiyə, Rusiya, İran və digər Avropa və Asiya ölkələrində Beynəlxalq Teatr Festivallarında çıxış edib, mükafatlar qazanıb. Azərbaycan, rus və ingilis dillərini bilir.