. Love.az

Imam Kesani - Wikipedia - Love.az

Ana Səhifə - Imam Kesani

Əlaəddin Əbu Bəkr ibn Məsud ibn Əhməd əl-Kəsani (ərəb. الإمام الكساني‎; XII əsr – 3 avqust 1191, Hələb) — Hənəfi fəqih və müdərris.

İmam Kəsani
ərəb. علاء الدين الكاساني‎
Doğum tarixi XII əsr
Vəfat tarixi 3 avqust 1191(1191-08-03)
Vəfat yeri
  • Hələb, Hələb mühafəzəsi, Suriya
Elm sahəsi Hənəfi məzhəbi

Bioqrafiyası

redaktə

Orta Asiyada Fərqanə bölgəsində Sırdərya çayının şimalında yerləşən Kasanda (Kaşan) dünyaya gəlmişdir. Müəllimləri arasında daha sonra qayınatası olan Əlaəddin əs-Səmərqəndi, şagirdləri arasında isə oğulu Mahmud və "əl-Müqəddiməlül-Qəznəviyyə" adlı əsərin müəllifi Əhməd ibn Məhəmməd əl-Qəznəvi kimi alimlər vardır. "Məlikül-üləma" ləqəbiylə tanınan Kəsaninin əsl şöhrəti, Əlaəddin əs-Səmərqəndinin "Tuhfətül-füqaha" adlı kitabına yazdığı "Bədaus-Sənai" adlı şərhindən qaynaqlanmaqdadır. Bundan çox məmnun qalan müəllimi bir fiqh alimi olan qızı Fatiməni onunla evləndirmiş və mehir olaraq da bu əsəri qəbul etmişdir. Müxtəlif elm səfərlərinə çıxan Kəsani bir ara Konyaya gedərək Səlcuqlu Sultanı I Məsudun sarayında qalmış və bu sırada bəzi elmi müzakirələrə qatılmışdır. Daha sonra Konyadan Hələbdə olan Nurəddin Mahmud Zənginin yanına elçi olaraq göndərilən[1][2] Kəsani elm adamları və şagirdlər arasında böyük etibar görərək, Zəngi tərəfindən Hələviyyə Mədrəsəsinə müəllim olaraq təyin edilmiş və həyatının sonuna qədər burada dərs vermişdir. Kəsani 1191-ci ildə Hələbdə vəfat etmişdir.[3]

Əsərləri

redaktə

İmam Kəssaninin məlum olan ən məşhur əsəri "Bədaus-Sənai fi tərtibiş-Şəriə" əsəridir. Əsər, Əlaəddin əs-Səmərqəndinin və Qudurinin "əl-Müxtəsər" adlı əsərinə söykənən "Tuxfətül-füqaha" adlı kitabının şərhi olaraq qələmə alınmaqla birlikdə klassik mənada bir şərh olmayıb, yeni bir sistemlə yazılmışdır.[3]

İstinadlar

redaktə
  1. ↑ Qureyşi. əl-Cəvahirul-mudiyyə, cild IV (ərəb). Qahirə. 1993. 26.
  2. ↑ Təbbah, Rəqib. İlamun-nubəla bi-tarixi Hələbiş-şəhbə, cild IV (ərəb). Hələb. 1925. 305–306.
  3. ↑ 1 2 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 218–219. ISBN 978-9952-489-89-7.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İmam_Kəsani&oldid=8153603"
LOVE.AZ