Quduri (ərəb. القدوري) və ya Əbu Hüseyn Əhməd ibn Əbi Bəkr Məhəmməd ibn Əhməd əl-Quduri əl-Hənəfi (973, Bağdad, Abbasilər - 1037, Bağdad, Abbasilər) — Hənəfi məzhəbi fəqihlərindən. Müctəhid.[2] Abbasi xəlifəsinin istəyi ilə "əl-Müxtəsər" əsərini yazmış və xəlifəyə təqdim etmişdir.[2]
Quduri | |
---|---|
ərəb. القدوري | |
![]() | |
Doğum tarixi | 973 və ya 972[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1037[1] |
Vəfat yeri | |
Elm sahəsi | fiqh |
Quduri 973-cü ildə Bağdadda düyaya gəlmişdir. Nisbəsinin mənşəyi məlum deyildir. Güman edirlir ki, nisbəsi dulusçuluqla və ya Bağdadın kəndlərindən biri olan Qudurə ilə bağlıdır.[2] Bəzi mənbələrdə və əsərlərində künyəsi Əbu Həsən olaraq qeyd edilib. O, Əbu Abdullah Məhəmməd ibn Yəhya Cürcanidən fiqh və Məhəmməd ibn Əli Süveyd Müəddibdən hədis təhsili almışdır. İraqda Hənəfi məzhəbinin rəhbəri dərəcəsinə yüksəlmişdir. O, Hənəfi məzhəbi ilə yanaşı Şafii məzhəbini də kitab yazacaq qədər dərindən bilirdi. Hədis elmində "saduq" adlanan Quduri, cədəldə (red - debat) də mahir idi. 5 (və ya 15) Rəcəb 1037-ci ildə Bağdadda vəfat etmişdir.[3] Əvvəlcə Dərbu-əbixələfdəki evinin zirzəmisində dəfn edilsə də sonradan nəşi Əbu Bəkr əl-Xarəzminin məzarının yanındakı türbəyə nəql edilmişdir.[2]
Qudurinin əsərləri bunlardır:[3]