İmamiyə qəbiristanlığı və ya Ağalı qəbiristanlığı — Təbrizin cənubunda yerləşən qəbiristanlıq. Qəbiristanlıqda bir çox məşhur şəxslər, Məşrutə və 21 Azər hərəkatının iştirakçıları, yazıçı Səməd Behrəngi və Azərbaycan Milli Hökuməti dövründə baş prokuror vəzifəsini tutan siyasətçi və jurnalist Firudin İbrahimi dəfn olunublar.
Qəbiristanlıq | |
İmamiyə qəbiristanlığı | |
---|---|
![]() | |
![]() | |
Yerləşdiyi yer | Təbriz |
38°02′39″ şm. e. 46°16′49″ ş. u.HGYO | |
![]() |
İmamiyə qəbisirtanlığı Təbrizin cənubunda yerləşir.[1][2] Bir vaxtlar bu ərazi Yanıqtəpə adlanıb.[3][4] Daha sonra bu torpaqlar Təbrizin cümə imamı Mirzə Kazım İmamiyə verilib.[5] O isə bu ərazini 1897-ci ildə qəbiristanlıq salınması üçün ayırıb.[3]
Qəbiristanlığın ərazisində Mirzə Kazım İmaminin oğulları Səməd İmami və Əhməd İmaminin dəfn olunduqları türbə var.[5]
Ərazisi dolduğu üçün 2010-cu ildən etibarən burada dəfn mərasimləri aparılmır.[3] Qəbiristanlıq ancaq həftənin dördüncü və beşinci günləri eləcə də bayram günləri ziyarətə açıqdır.[1][3]
Qəbiristanlıqda bir çox məşhur şəxslər, Məşrutə hərəkatının iştirakçıları,[1] İran–İraq müharibəsinin şəhidləri,[4] Səttarxanın oğlu,[4] yazıçı Səməd Behrəngi[6] və Azərbaycan Milli Hökuməti dövründə baş prokuror vəzifəsini tutan siyasətçi və jurnalist Firudin İbrahimi dəfn olunub.[7][8][9] Azərbaycan Milli Hərəkatının üzvləri hər il Firudin İbrahiminin qəbrini ziyarət edirlər.[10]