. Love.az

Incesenet Ve Senetkarliq Muzeyi Paris - Wikipedia - Love.az

Ana Səhifə - Incesenet Ve Senetkarliq Muzeyi Paris

İncəsənət və sənətkarlıq muzeyi — Parisdə yerləşən və 1794-cü ildə elmi avadanlıqların və kəşflərin mühafizəsi üçün anbar kimi yaradılmış Conservatoire national des arts et métiers kolleksiyalarına ev sahibliyi edən bir muzey.[3]

Musée des Arts et Métiers
Musée des Arts et Métiers
Xəritə
Əsası qoyulub 1794
Ölkə
  •  Fransa
Yerləşir Fransa Fransa, 75003 Paris
Ziyarətçi sayı
  • 220.340 nəf. (2019)[1]
Muzeyə yetişmək Arts et Métiers
Telefon +33-1-53-01-82-20[2]
48°51′58″ şm. e. 2°21′19″ ş. u.HGYO
www.arts-et-metiers.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey yarandığı vaxtdan bəri Parisin 3-cü rayonunda, Rue Réaumur küçəsində yerləşən Saint-Martin-des-Champs monastırında yerləşir. Hazırda 1990-cı ildə əsaslı təmir edilən muzey monastırın yanında bir əlavə binaya da malikdir, böyük ölçülü obyektlər isə monastırın özündə saxlanılır.[4]

Muzeydə təxminən 80.000 eksponat və 15.000 rəsm əsəri var, onlardan 40.000-i Parisdə sərgilənir. Kolleksiya içərisində Fuko sarkaçının orijinal versiyası da mövcuddur.[5]

Bu muzey, Umberto Ekonun Fuko sarkaçı romanının kulminasiya səhnəsində də təsvir edilmişdir.

Muzeyə Paris metrosunun Arts et Métiers stansiyası vasitəsilə çatmaq mümkündür.

İstinadlar

redaktə
  1. ↑ Fransa Mədəniyyət Nazirliyi Fréquentation des Musées de France. Fransa Mədəniyyət Nazirliyi.
  2. ↑ Muséofile (fr.). ministère de la Culture.
  3. ↑ Conservatoire des Arts et Métiers Le prieuré Saint-Martin des Champs
  4. ↑ Tout ce qu’il faut savoir sur l’histoire du Musée des Arts et Métiers
  5. ↑ Le Blériot XI de la traversée de la Manche au Musée des Arts et Métiers
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İncəsənət_və_sənətkarlıq_muzeyi_(Paris)&oldid=8074519"
LOVE.AZ