Umberto Eko (5 yanvar 1932[1][2][…], Alessandriya, İtaliya krallığı[2][6][…] – 19 fevral 2016[3][1][…], Milan, İtaliya[2][7]) — italyan filosof, tarixçi-medievist, yazıçı.
Umberto Eko | |
---|---|
it. Umberto Eco | |
![]() | |
Təxəllüsü | Dedalus[5] |
Doğum tarixi | 5 yanvar 1932(1932-01-05)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2016(2016-02-19)[3][1][…] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Təhsili | |
Fəaliyyəti | filosof, romançı, esseist, pedaqoq, ssenarist, tərcüməçi, universitet müəllimi[d], yazıçı, ədəbi tənqidçi, ədəbiyyatşünas, tarixçi |
Fəaliyyət illəri | 1956–2012 |
Əsərlərinin dili | italyan dili |
Janr | esse |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
umbertoeco.it | |
![]() | |
![]() |
Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni "Allahın bəxşişi") ifadəsinin abreviaturunı soyad kimi veriblər. Turin Universitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U. Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U. Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir.
U. Eko 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəlidir. Bir qızı və oğlu var.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |