. Love.az

Ioannis Kapodistrias - Wikipedia - Love.az

Ana Səhifə - Ioannis Kapodistrias

İoannis Kapodistrias (yun. Ιωάννης Καποδίστριας; 10 fevral 1776[1] və ya 11 fevral 1776[2][3][…], Kerkira, İon adaları[4][2][…] – 27 sentyabr 1831[4] və ya 9 oktyabr 1831[2][3][…]) — Osmanlı Dövlətindən müstəqilliyini qazanan Yunanıstanın ilk dövlət başçısıdır.

İoannis Kapodistrias
Ιωάννης Καποδίστριας
Yunanıstanın ilk prezidenti
1828 – 1831
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1776(1776-02-10)[1] və ya 11 fevral 1776(1776-02-11)[2][3][…]
Doğum yeri
  • Kerkira, İon adaları, Yunanıstan[4][2][…]
Vəfat tarixi 27 sentyabr 1831(1831-09-27)[4] (55 yaşında) və ya 9 oktyabr 1831(1831-10-09)[2][3][…] (55 yaşında)
Vəfat səbəbi qəsdən adamöldürmə[d]
Təhsili
  • Padua Universiteti
Fəaliyyəti siyasətçi, diplomat, həkim

Təltifləri Qara Qartal ordeni (Prussiya) "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) Müqəddəs Aleksandr Nevski ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) "Fil" ordeni (Danimarka) Q65812487 (Polşa çarlığı) — 1818
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yunanıstanın müstəqilliyində rolu
  • 3 İstinadlar
  • 4 Mənbə

Həyatı

redaktə

11 fevral 1776-cı ildə o zamanlar Venesiya Respublikasının bir hissəsi olan Korfu adasında anadan olub. İtaliyada Padova Universitetində tibb, hüquq və fəlsəfə sahələrində təhsil alıb. 1809-cu ildə Rus çarı I Aleksandrın xidmətinə girib. 1813-cü ildə Rusiyanın nümayəndəsi olaraq İsveçrənin 19 kantondan ibarət tərəfsiz bir Avropa ölkəsi halında qurulmasında rol oynadı. 1815-ci ildə Napoleon müharibələri sonrasında Avropa ölkələri arasında qurulan Vyana konqresində Rusiyanı təmsil etdi. Bu müvəffəqiyyətləri nəticəsində I Aleksandr tərəfindən Rusiyanın xarici işlər nazirliyinə gətirildi.

Yunanıstanın müstəqilliyində rolu

redaktə

İoannis Kapodistrias ilk dəfə 1821-ci ildə Mora yarımadasında Osmanlı Dövlətinə qarşı çıxan üsyanlardan sonra Yunan siyasətinə də qarışdı. 1822-ci ildə Rusiyanın xarici işlər nazirliyindən ayrıldı. 1827-ci ildə Moradaki üsyançıların qurduğu Yunan məclisi Kapodistriası Avropada ən yaxşı tanınan yunan əsilli diplomat olması səbəbi ilə Yunanıstana vali (Yunanca: Kivernitis) olaraq seçdi.[5] Yunanıstan hələ Osmanlılardan müstəqilliyini qazanmaqdan əvvəl 1828-ci ilin yanvar ayında Kapodistrias Mora yarımadasına ayaq basaraq bu vəzifəni boynuna götürdü. Lakin hələ Yunanıstanın müstəqilliyi beynəlxalq səviyyədə tanınmadan bir sui-qəsd nəticəsində həlak oldu.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 5 6 Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 3 4 Ioánnis Antónios, Komis Kapodístrias // Encyclopædia Britannica (ing.).
  4. ↑ 1 2 3 4 Каподистрия, Иоанн Антонович (rus.). // Русский биографический словарь СПб: 1897. Т. 8. С. 479–481.
  5. ↑ "Yunanistan'ın bağımsızlığını kazanması". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.

Mənbə

redaktə
  • Stella Ghervas, "Le philhellénisme russe : union d’amour ou d’intérêt?", in Regards sur le philhellénisme, Geneva, Permanent Mission of Greece to the United Nations (Mission permanente de la Grèce auprès de l’ONU), 2008.
  Vikianbarda İoannis Kapodistrias ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İoannis_Kapodistrias&oldid=7851416"
LOVE.AZ