. Love.az

Padua Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Padua Universiteti

Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir.[1]

Padua Universiteti
UNIPD
Università degli Studi di Padova
Xəritə
45°25′12″ şm. e. 11°52′12″ ş. u.HGYO
Şüar it. Universa universis patavina libertas
(azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür‎)
Əsası qoyulub 1222
Tip Dövlət
Rektor Cüzeppe Zakkaria
Tələbə sayı 59,317
Şəhər Padua şəhəri
Ölkə
  •  İtaliya
Sayt unipd.it
unipd.it/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Simvolları
  • 3 Fakültələri
  • 4 Xarici əlaqələri
  • 5 Reytinqi
  • 6 Şəkilləri
  • 7 Məzunları
  • 8 Həmçinin bax
  • 9 İstinadlar
  • 10 Xarici keçidlər

Tarixi

redaktə

1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.[2] Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır.[2] Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu.

Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü.[2] "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi.[2]

 
Girolamo Martinenqonun diplomu, 1582-ci il.

Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir.[2] Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar.[2] 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.[2]

XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədlərindən kənarda laboratoriya və kampuslar yaradılmışdı.[2] 8 fevral 1848-ci ildə 1848-1849-cu illərin inqilabı zamanı tələbələrin Avstriya hökmranlığına qarşı üsyanı baş verir.[2] Bunun nəticəsi olaraq universitet 1850-ci ilə qədər bağlı qalmışdır.[2] 1995-ci ildə isə universitetə müstəqillik verən yeni nizamnamə qəbul edilmişdir.[2]

Simvolları

redaktə

Universitetin devizi belədir:[2]

  it. Universa universis patavina libertas (azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür‎).  

Fakültələri

redaktə

Hazırda universitetdə 13 fakültə var (2014)[2]:

  • Humanitar elmlər;
  • Fəlsəfə;
  • İqtisadiyyat;
  • Mühəndislik;
  • Hüquq;
  • Fizika-riyaziyyat;
  • Tibbi cərrahlıq;
  • Əczaçılıq;
  • Kənd təsərrüfatı;
  • Psixologiya;
  • Politologiya;
  • Statistik;
  • Veterinar.

Xarici əlaqələri

redaktə

Hələ orta əsrlərdə burada bütün Avropadan gələn tələbələr təhsil alırdı və "milliyyətlərə" bölünürdülər.[2]

Universitetin rəhbəri Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun İcraedici Şurasına daxildir.[3][4]

Koimbra qrupunun üzvüdür.[5]

Reytinqi

redaktə
"Academic Ranking of World Universities"dəki yeri:[6]
2003[7] 2004[8] 2005[9] 2006[10] 2007[11] 2008[12] 2009[13] 2010[14] 2011[15] 2012[16] 2013[17] 2014[18] 2015[19]
152-200 153-201 153-202 151-200 151-202 152-200 152-200 151-200 151-200 151-200 151-200 151-200 151-200

Şəkilləri

redaktə
  •  
    Universitet zalı
  •  
    Universitetin Botanika bağı
  •  
    Universitetin həyəti

Məzunları

redaktə
  • Stanislav Ojexovski

Həmçinin bax

redaktə
  "Universitet" portalı
  • Anatomik teatr

İstinadlar

redaktə
  1. ↑ Bəşarət Məmmədov, Dilrubə Bayramova. İtaliyanın təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 13.01.2012, № 02.  (az.)
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Paris-Dofin Universiteti Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. banker.az, 20.02.2014  (az.)
  3. ↑ Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun növbəti iclası Malayziyada keçirilmişdir Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. xalqqazeti.com, 14.02.2013  (az.)
  4. ↑ Azərbaycan Turizm İnstitutunun nümayəndələri Ərzurumda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişlər. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine tourism.edu.az  (az.)
  5. ↑ "CG Member Universities 2014" (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.
  6. ↑ [www.shanghairanking.com/World-University-Rankings/University-of-Padua.html "ARWU - University of Padua"] (#bad_url). Shanghai Ranking Consultancy. 2015. İstifadə tarixi: 5 oktyabr 2015.
  7. ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  8. ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  9. ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  10. ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  11. ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  12. ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  13. ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  14. ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  15. ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  16. ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  17. ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  18. ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  19. ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.

Xarici keçidlər

redaktə
  Vikianbarda Padua Universiteti ilə əlaqəli mediafayllar var.
  • unipd.it — rəsmi saytı
İtaliya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Padua_Universiteti&oldid=7909764"
LOVE.AZ