. Love.az

Iskender Mirze Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Iskender Mirze Qovanli Qacar

İsgəndər mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1811-1856) — Qacar şahzadəsi, vali.

İskəndər mirzə Qovanlı-Qacar
İskəndər mirzə Abbas mirzə oğlu Qacar Qovanlı
Doğum tarixi 1811
Doğum yeri Təbriz, İran
Vəfat tarixi 1856
Vəfat yeri Təbriz, İran
Uşağı
  • Məhəmmədtahir Mirzə
Atası Abbas Mirzə

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Abbas Mirzənin altıncı oğlu İsgəndər mirzə 1811-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Şeir və musiqini sevirdi. Məclisi şənlikli keçirdi. 1832-1834-cü illərdə Xoy və Salmasa hakimlik etmişdi. 1848-1852-ci illərdə Qəzvin vilayətinin valisi olmuşdu.

İskəndər mirzə 1856-cı ildə vəfat edib. Təbrizdə dəfn edilib.

Ailəsi

redaktə

İsgəndər mirzənin törəməsi İskəndəri soyadını daşıyır. İsgəndər mirzənin Məhəmmədtahir Mirzə, Kamran mirzə adlı oğlanları vardı.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Qacarlar
  • Abbas mirzə Qovanlı-Qacar
  • Süleyman mirzə İskəndəri
  • Məhəmmədtahir Mirzə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İskəndər_mirzə_Qovanlı-Qacar&oldid=8121931"
LOVE.AZ