. Love.az

Ismet Aslanov - Wikipedia - Love.az

Ana Səhifə - Ismet Aslanov
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 26 gün əvvəl Editing For Better (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

İsmət Mahmud oğlu Məlik-Aslanov (az. İsmət Mahmud oğlu Məlik-Aslanov; 18 yanvar 1924, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ – 12 iyul 1996, Bakı, Azərbaycan Respublikası) — tanınmış həkim, SSRİ-nin Səhiyyə əlaçısı, Böyük Vətən müharibəsi iştirakçısı, Əmək veteranı.

İsmət Məlik-Aslanov
Doğum tarixi 18 yanvar 1924
Doğum yeri

Tuğ, Azərbaycan SSR,

ZSFSR, SSRİ
Vəfat tarixi 12 iyul 1996 (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutunu
Fəaliyyəti Həkim
Mükafatları

"Qırmızı ulduz" ordeni1-ci dərəcəli "Vətən müharibəsi" ordeni"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı"Əmək veteranı" medalı"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ailəsi
  • 4 Təltifləri
    • 4.1 Ordenlər:
    • 4.2 Medallar:
    • 4.3 Döş nişanları:
  • 5 Həmçinin bax
  • 6 Mənbələr
  • 7 İstinadlar

Həyatı

redaktə

İsmət Məlik-Aslanov 1924-ci ilin yanvar ayının 18-də Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Beşinci sinifə qədər Tuğ kənd orta məktəbində oxuyub.
Ailəsi bəy mənşəli olduğuna görə, yerli hakimiyyət orqanları tərəfindən təqiblərə məruz qalır və 1935-ci ildə Bakıya köçməyə məcbur olur. Həmçinin, 30-cu illərin repressiyaları zamanı ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün atası Mahmud Məlik-Aslanov "Aslanov" soyadını götürməyə qərara gəlir.[1]
Bakıda bilgisini №1 tam orta məktəbdə davam edir və əldə edilən biliklərin məcmusu nəticəsində 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktik fakultəsinə qəbul olur. Lakin, Böyük Vətən müharibəsi başlanması səbəbindən onu orduya çağırıb cəbhəyə göndərirlər. Müharibə zamanı kontuziya alır, bir qulağı isə demək olar ki, tamamilə eşitmə qabiliyyətini itirir və ordu sıralarından tərxis edilir.[1]
Cəbhədən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) davam edir və 1949-cu ildə oranın məzunu olur.[1]
İsmət, həmçinin, vaxtaşırı şeirlər yazırdı. Şeirlərində doğulduğu yerləri təsvir etmişdir. 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra isə Azərbaycanın düşdüyü dəhşətli fəlakətə bir sıra şeir həsr edib. Dəfələrlə, ona təklif verirdilər ki, heç olmasa bir yerdə öz əsərlərini dərc etsin, amma bunu zarafata salıb imtina edirdi.

Fəaliyyəti

redaktə

1949-cu ildə ali məktəbi bitirdikdən sonra təyinatına əsasən Türkmənistan SSR-in Cərco (indiki Türkmənabad) şəhərində həkim kimi əmək fəaliyyətinə başlamışdır.
1952-ci ildə Rusiya Federasiyasının Qorki vilayətinin (indiki Nijninovgorod vilayəti) Şatki şəhər tipli qəsəbəsinə göndərilir və rayon xəstəxanasının (indiki "Şatkov Mərkəzi Rayon Xəstəxanası") baş həkimi vəzifəsinə təyin edilir.
1955-cı ildə Azərbaycana qayıdır və bütün həyatını Sumqayıtla bağlayacaq. Sumqayıtda "1 saylı İttifaq səviyyəli tikinti tresti"nin (1960-cı ilədək "Zaqafqaziyasənayetikinti" Tresti adlanırdı) tibbi sanitariya bölməsində 1982-ci ilə qədər, 27 il ərzində, baş həkim kimi çalışıb.[1][2][3][4]
1964-cü il 3 iyun tarixinda SSRİ Səhiyyə nazirliyində o vaxtlar olan ən yüksək ada — "Səhiyyə əlaçısı" adına layiq görülüb. Həmin il sentyabrın 14-də Sumqayıt şəhəri İcraiyyə Komitəsinin sədri Kamal Axundov şəxsən onu və bir neçə məşhur həkimi "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif etdi.[5]
1982-ci ildə təqaüdə çıxmasına baxmayaraq, həkimlik fəaliyyətini Nasoslu (indiki Hacı Zeynalabdin qəsəbəsi) qəsəbəsindəki xəstəxanada rentgenoloq kimi davam etdirmişdir.
XX əsrin 80-ci illərinin sonlarında Qarabağda cərəyan edən hadisələrin əvvəlindən bir müddət sonra, Ermənistandan və Azərbaycanın Qarabağ bölgəsindən, Azərbaycanın digər regionlarına olduğu kimi Sumqayıtada qaçqın axını başladı. İsmət Sumqayıta gələn qaçqınlara kömək etmək üçün fəal iş aparırdı.

Onun, şeirlərinin birində belə sözlər var:

Deyirsən, yurdumu mən atım gedim.
Verərmi çaqqala ovu canavar?
Yasa döndərəcəm səndəki toyu.
Bunu sən yaddan çıxarma bir an!

Ailəsi

redaktə
  • Həyat yoldaşı Valentina Mixaylovna Falkovskaya (1924–1992)
  • Övladları: Elmira xanım (1950), Ənvər (1957)
  • Anası Nabat xanım Azərbaycan Xalq Cümhuriyyəti Həmkarlar İttifaqının birinci Sədri, Lənkəran qəzasının Qeneral-qubernatoru Cavad bəy Məlik-Yeqanovun bacısı idi.[1]
  • Kiçik qardaşı Muxtar — alim, SSRİ Dövlət Mükafatı laureatı.[1]
  • Bacısı Leyla xanım Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın analığı olub.[1]

Təltifləri

redaktə

İsmət orden, medal, döş nişanları, SSRİ-i və Azərbaycan SSR-i dövlət orqanlarının çoxsaylı Diplom və Fəxri Fərmanları ilə təltif edilmişdir.[1]

Ordenlər:

redaktə
  • "Qırmızı ulduz" ordeni — 1943
  • "Vətən müharibəsi" ordeni 1-ci dərəcə — 11 mart 1985 (ordenin nömrəsi 2544268)

Medallar:

redaktə
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 15 fevral 1966
  • "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 8 may 1969
  • "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 10 aprel 1970
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 11 iyul 1975
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 20 may 1985
  • "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı — 6 may 1978
  • "Əmək veteranı" medalı — 31 oktyabrya 1986
  • "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı — 20 fevral 1988

Döş nişanları:

redaktə
  • "Səhiyyə əlaçısı" döş nişanı (SSRİ) — 3 iyun 1964 (208/n)
  • "Qvardiya" döş nişanı — 1943
  • "Böyük Vətən müharibəsində qələbənin 25 illiyi" döş nişanı — 1970
  • "4-cü Cənub Ukrayna cəbhəsi. Don-Donbass-Tavriya Veteranı" döş nişanı — 20 dekabr 1981
  • "Sosializm yarışı qalibi" döş nişanı — 1980
  • "SSRİ Sənaye Tikintisi Nazirliyinin sosialist yarışının qalibi" döş nişanı

Həmçinin bax

redaktə

Məlik-Aslanovlar

Mənbələr

redaktə

E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 168 ISBN 9952-25-001-0

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 "Tuğ kəndindən başlayan həyat yolu". vetensesi.az 14.09.2023.
  2. ↑ bir nezer/ "Gənclər şəhəri Sumqayıtın keçmiş tarixinə bir nəzər" (#bad_url). www.sumqayitxeber.com Noyabr 14, 2024.
  3. ↑ "Gənclər şəhəri Sumqayıtın keçmiş tarixinə bir nəzər". www.azerforum.com 12.11.2024.
  4. ↑ "Ömrünü təbabətə həsr edən insan Möhübbət Məhərrəmov - 80 (Esse)". www.anl.az Azad Azərbaycan.- 2020.- 13 avqust.- S.8.
  5. ↑ "Сердечно поздравляем, уважаемые врачи. "Коммунист Сумгаита" (rus.) — 16 cентября 1964". (#cite_web_url)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmət_Aslanov&oldid=8114322"
LOVE.AZ