. Love.az

Ismayil Dagistanli - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Dagistanli

İsmayıl Dağıstanlı (doğum adı: İsmayıl Yusif oğlu Hacıyev; 24 dekabr 1906 (6 yanvar 1907), Zərnə, Zaqatala dairəsi – 1 aprel 1980, Bakı) — Azərbaycan aktyoru, SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1949).

İsmayıl Dağıstanlı
Doğum tarixi 24 dekabr 1906 (6 yanvar 1907)
Doğum yeri
  • Zərnə, Zaqatala dairəsi, Rusiya imperiyası
Vəfat tarixi 1 aprel 1980(1980-04-01) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Fəxri Xiyaban
Fəaliyyəti aktyor, teatr pedaqoqu[d]
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları
"SSRİ xalq artisti" fəxri adı — 19741974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19491949 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940 "Stalin" mükafatı — 19481948 Azərbaycan SSR Dövlət mükafatı — 19721972
"Lenin" ordeni — 19491949 "Lenin" ordeni — 19671967 "Qırmızı əmək bayrağı" ordeni — 19591959 "Xalqlar dostluğu" ordeni — 19771977
"Qafqazın müdafiəsinə görə" medalı — 19441944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 19461946
IMDb ID1148336
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926–1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933).

 
İsmayıl Dağıstanlı (ayaq üstə soldan 3-cü) C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

Təltif və mükafatları

redaktə
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1948
  • Azərbaycan SSR Dövlət mükafatı — 1972[1]
  • "Lenin" ordeni — 22 iyul 1949; 27 oktyabr 1967
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • "Xalqlar Dostluğu" ordeni — 12 yanvar 1977
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1944
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946

Fəxri adları

  • SSRİ xalq artisti" — 11 iyul 1974[2]
  • Azərbaycan SSR xalq artisti — 21 iyul 1949
  • Azərbaycan SSR əməkdar artisti — 23 aprel 1940

Filmoqrafiya

redaktə
  • Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (filmdə iştirak edən)
  • Ağasadıq Gəraybəyli (film, 1974)
  • Axşam konserti (film, 1948)
  • Böyük dayaq (film, 1962)
  • Koroğlu (film, 1960)
  • Kölgələr sürünür (film, 1958)-Zahidov
  • Qara daşlar (film, 1956)
  • Qatır Məmməd (film, 1974)
  • Səbuhi (film, 1941)
  • Sovet pəhləvanı (film, 1942)
  • Sualtı qayıq "T-9" (film, 1943)

İstinadlar

redaktə
  1. ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
  2. ↑ İ. Y. Dağıstanlıya (Hacıyevə) SSRİ xalq artisti fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 iyul 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_Dağıstanlı&oldid=7410208"
LOVE.AZ