Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Zaqatala dairəsi — Azərbaycanın şimal-qərbində, tarixi Car-Balakən camaatlığı və İlisu sultanlığı torpaqlarında rus inzibati idarəçiliyi tərəfindən təşkil olunmuş Zaqatala dairəsi 1917–1918-ci illərdə Rusiya məkanında cərəyan edən və Cənubi Qafqazı da öz təsir dairəsində saxlayan arxitektonik səciyyəli sosial və siyasi proseslər gedişində mübahisə predmeti kimi aktuallıq kəsb edirdi.[2]
Zaqatala dairəsi | |
---|---|
Ölkə |
![]() |
Mərkəzi | Zaqatala |
Yaradılıb | 1859-cu il[1] |
Ləğv edilib | 1922 |
Sahəsi |
|
Əhalisi |
|
Xəritə | |
![]() |
Zaqatala Milli Komitəsi 28 iyun 1918-ci ildə Zaqatala dairəsi əhalisinin Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməyi haqaında olan arzusunu teleqramla Azərbaycan hökumətinə bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 30 iyun 1918-ci ildə qəbul etmiş və Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşmişdir.[3]
1919-cu ilin iyununda mahal Azərbaycan Xalq Cümhuriyyətinin inzibati tabeliyində idi. Lakin Gürcüstan bu mahal haqqında iddia irəli sürürdü. Rusiya ilə Gürcüstan arasında sülh müqaviləsi bağlanarkən əhalinin tərkibi nəzərə alınmadan mahal Gürcüstana verilmişdi.
1921-ci ilin iyununda Tiflisdə Zaqafqaziya respublikalarının daxili sərhədlərini müəyyənləşdirmək üçün konfrans keçirildi. Konfrans qərara aldı ki, Gürcüstan Zaqatala dairəsi barədə hər cür iddialardan əl çəkir. Gürcüstan İnqilab Komitəsi isə bu barədə müvafiq Bəyannamə qəbul etdi. Bununla da Rusiyanın Zaqatala dairəsi barəsində yaratdığı dolaşıqlıq açıldı, qəbul edilmiş ədalətsiz qərar isə ləğv edildi.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi Zaqatala və Şəki dairələri olmaqla iki yerə bölünmüş, lakin həmin dairələr 8 avqust 1930-cu ildə ləğv edilmişdir.[4]
Burada əsas etibarilə müsəlmanlar, yəni türklər, ləzgilər, avarlar, saxurlar, və laklar yaşayırdılar. Mahal ərazisinin 85 min nəfəri, yaxud onun bütün sakinlərinin 92 faizi mesəlmanlar idi.[5]
1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsi inzibati cəhətdən Qarasu, İlisu, Əliabad, Car və Balakən naibliklərindən ibarət idi. Qeyd edilən icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinə dair məlumatlar verilmiş, milli tərkibə dair məlumatlarda etnik türklər "muğallar", Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla "ləzgilər" olaraq göstərilmişdirlər:[6]