. Love.az

Ismayil Bey Qaziyev - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Bey Qaziyev

İsmayıl bəy Qazıyev (22 dekabr 1859 (3 yanvar 1860), İrəvan) — İrəvan qubernatorunun müavini.

İsmayıl bəy Qazıyev
İsmayıl bəy Talıb bəy oğlu Qazıyev
İrəvan qubernatorunun müavini
1904 – ?
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1859
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi Bilinmir
Təhsili
  • Birinci Tiflis gimnaziyası
Uşaqları Əli bəy Qazıyev, Yusif bəy Qazıyev, Məmməd bəy Qazıyev, Fatma, Səkinə, Züleyxa, Xurşid

Həyatı

redaktə

İsmayıl bəy Talıb bəy oğlu Qazıyev 22 dekabr 1859-cu ildə İrəvan şəhərində doğulmuşdu.[1] O, Tiflisdə gimnaziya təhsili almış, bir çox mühüm dövlət qulluqlarında işlədikdən sonra, 1904-cü ildə İrəvan qubernatorunın müavini təyin olunmuşdur. XIX əsrin 70-ci illərində quberniyanın Qadın Xeyriyyə Cəmiyyətində fəal təşkilatçılardan biri kimi həyat yoldaşı Dürrətul xanımla birgə məqsədyönlü iş aparmışlar, lakin nanəcib qonşuların törətdikləri qanlı hadisələr bu nəsilləri pərən-pərən salmış, onların topdağıtmaz xanimanları viran olmuşdur. Qazıyevlər və Bağırbəyovlar Türkiyənin Qars, Ərdəhan obalarına pənah aparmışlar, fəqət burada da vəziyyət ağır olduğundan Tiflisə, sonra Gəncəyə qaçmış, daha sonra Bakıda qərar tutmuşlar.

Mənbə

redaktə
  • Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010

İstinadlar

redaktə
  1. ↑ Ənvər Çingizoğlu, İrəvanın tanınmış soyları, Bakı, 2017, 320 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_bəy_Qazıyev&oldid=6904046"
LOVE.AZ