. Love.az

Ismayil Xan Borbor - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Xan Borbor

İsmayıl xan Hüseyn sultan oğlu Borbor (1800 - 1888) — İran hərbçisi.

Həyatı

redaktə

İsmayıl xan Hüseyn sultan oğlu 1800-cü ildə Kirman əyalətinin Bəm mahalında anadan olmuşdu. Borbor tayfasındandır. Anası Əzizə xanım Şiraz doğumluydu və nəcib bir ailəyə məxsus idi.

İsmayıl xan 1802-ci ildə atası ilə bərabər xidmət yerinə Həmədan əyalətinin Rahcird mahalına köçür. O, burda mülki və hərbi təhsil alır. Gənc yaşlarında vəliəhd Abbas mirzə Naibüssəltənin yanında, Cənubi Azərbaycanda xidmət edir. 1826-1828-ci illərdə II Rus-İran müharibəsində iştirak edir.

İsmayıl xan Borbor Abbas mirzənin ölümündən sonra şahzadə Firuz mirzə Nüsrətüddövlənin yanında xidmət edir. Bu dövrdə sərtib (general-mayor) rütbəsinə layiq görülür.

İsmayıl xan Borbor 1838-ci ildə Məhəmməd şah Qacarın əmri ilə Herat döyüşünə qatılır. Burda Cəfərqulu xan Qaraçorlu ilə bərabər Qaraçorlu elinə başçılıq edir.

İsmayıl xan Borbor 1840-cı ildə Həmədan əyalətinin Məlayir mahalında "Borbor qalası"nı tikdirmişdi.

İsmayıl xan Borbor 1888-ci ildə vəfat edib.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_xan_Borbor&oldid=7563711"
LOVE.AZ