. Love.az

Israfil Aganin Yasayis Evi - Wikipedia - Love.az

Ana Səhifə - Israfil Aganin Yasayis Evi

İsrafil ağa Kərbəlayevin yaşayış evi — Qazaxın Qıraq Kəsəmənli kəndində, 100 metr yüksəklikdə tikilmiş çoxpəncərəli bina. Yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxildir.[1]

İsrafil ağanın yaşayış evi
45°27′39″ şm. e. 41°12′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Yerləşir Kəsəmənli kəndi
Sahəsi 200 kv.m.
Vəziyyəti qəzalı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
TipiMemarlıq abidəsi
Təyin edilib2 avqust 2001
İstinad nöm.4509
ƏhəmiyyətiYerli əhəmiyyətli

Mündəricat

  • 1 Tarixi
  • 2 Memarlığı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

XIX əsrin sonlarında kəndin ən ucqar yerində inşa olunub. Bina ilk vaxtlar dövrün tanınmış xeyriyyəçilərindən İsrafil ağa Kərbalayevin evi olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə olunub.[2]

Abidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin siyahəna daxil edilib, inventar nömrəsi 4509-dur.[3]

Memarlığı

redaktə

4 tərəfində pəncərələr olan 200 kvadratmetrlik evdir. Ev 3 otaq və 2 eyvandan ibarətdir. Tikintisində yumurta sarısı, gil qatı, kərpic, çay daşları, kirəc və əhəng suyu istifadə olunub.[2]

Həmçinin bax

redaktə
  • Qazax rayonunun tarix-memarlıq abidələrinin siyahısı

İstinadlar

redaktə
  1. ↑ "Min evli Kəsəmən və İsrafil Ağanın evi". azertag.az (az.). 10.10.2019. İstifadə tarixi: 28 may 2025.
  2. ↑ 1 2 Məqsəd Rəhimov. "İsrafil Ağanın viran qalmış evi". Bizim.Media (az.). 09.02.2023. İstifadə tarixi: 28 may 2025.
  3. ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". e-qanun.az. 2 avqust 2001-ci il.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsrafil_ağanın_yaşayış_evi&oldid=8156093"
LOVE.AZ