. Love.az

Qazax Rayonunun Tarix Memarliq Abidelerinin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Qazax Rayonunun Tarix Memarliq Abidelerinin Siyahisi
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 83 saniyə əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Qazax rayonu — Azərbaycan Respublikasının şimal-qərbində yerləşən inzibati-ərazi vahidi.

Rayon ərazisində ilk insan məskənlərinin tarixi eradan əvvələ bir neçə min il əvvələ, daş dövrünə qədər uzanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqust tarixli Qərarı ilə Qazax rayonunda yerləşən 112 arxeoloji və memarlıq abidəsi qeydiyyata alınmışdır.[1] Bunlardan 3-ü dünya əhəmiyyətli, 51-i ölkə əhəmiyyətli, 58-i isə yerli əhəmiyyətli abidədir. Siyahıdakı abidələrin 45-i memarlıq, 56-sı arxeoloji, 6-sı bağ-park monumental, 5-i dekorativ-tətbiqi sənət nümunələridir.[2] Onlardan 1-i (İnventar № 4503) 11 may 2018-ci ildə siyahıdan çıxarılmışdır.[3]

Mündəricat

  • 1 Siyahı
    • 1.1 Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
    • 1.2 Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
    • 1.3 Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
  • 2 İstinadlar

Siyahı

redaktə

 Siyahıdan çıxarılmış

Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

redaktə
№ İnventar № Adı Aid olduğu dövr Məlumat Koordinatlar Yeri Şəkil İstinadlar
Memarlıq abidələri
1 7 Sınıq körpü XII əsr Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında, Xram çayının üzərində salınmışdır. Körpünün dəqiq tikilmə tarixi bəlli deyil. Tədqiqatçıların bir çoxu, o cümlədən, ingilis tarixçisi Poup və sənətşünaslıq doktoru L. Bretanitski körpünün tarixini XI–XII əsrə aid edirlər. Bəzi tarixçilər körpünün daha qədim dövrlərdə tikildiyini irəli sürürlər. Sınıq körpü üslub xüsusiyyətlərinə görə Xudafərin körpüləri ilə oxşardır. Buna görə də Sınıq körpünü eyni məktəbə və təqribən eyni zamana (XII əsrə) aid edirlər. Mütəxəssislər körpünün memarlıq üslubu və tikinti texnikasının Azərbaycan memarlığına məxsus olduğunu qeyd edirlər.

Qədim karvan yolunun üstündə olan bu körpü el arasında körpünün bel hissəsinin sınıq olmasına görə belə adlandırıldığı bildirilir. Rusiya Azərbaycanı işğal etdikdən sonra 1801-ci ildə Qazax sultanlığı Rusiyaya birləşdirilib və həmin vaxtdan Rusiya imperatorluğunun sənədlərində "Sınıq körpü" "Qırmızı körpü" kimi adlandırılmağa başlanıb.

1973-cü ildə körpünün dayaqlarında dəmir-beton konstruksiya ilə möhkəmləndirmə işləri aparılıb. Dünya əhəmiyyətli memarlıq abidəsi olan körpünün tam bərpa layihəsi hazırlanıb və 2018–2020-ci illərdə bərpa işləri həyata keçirilib.

41°19′43″ şm. e. 45°04′24″ ş. u.HGYO Qazax rayonu, İkinci Şıxlı kəndi   [4]
Arxeoloji abidələr
2 24 Damcılı mağara düşərgəsi Paleolit dövrü Mağara həm arxeoloji, həm də təbiət abidəsi hesab edilir.

Avey dağının cənub-şərqində yerləşən Damcılı mağarası Paleolit dövrünə aiddir. Mağara yarımdairəvi şəkildədir və qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə "Damcılı mağara" adlanır. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntı aparılıb, Avey dağında Daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara və iki minə yaxın alət tapılıb. Daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları və s. Damcılı mağarada təxminən 80–100 min il bundan əvvəl neandertal tipli ibtidai insanların burada məskən saldıqlarını sübut edən əyani dəlillərdir.

2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün memorandum imzalanıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində Orta əsrlərə, Tunc dövrünün sonuna aid, daha dərində isə Neolit dövrünə aid qalıqlar – ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub.

41°49′48″ şm. e. 45°08′08″ ş. u.HGYO Qazax rayonu, Daş Salahlı kəndi   [5]
3 32 Baba Dərviş yaşayış yeri (3 abidə) Tunc dövrü Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrin üstündə salınmışdır. Ümumilikdə, Baba Dərviş yaşayış yeri silsilə təşkil edən 5 təpədən ibarətdir.

1958–1962-ci və 1966-cı illərdə burada arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid tapıntılar əldə olunmuşdur. Arxeoloji materiallara əsəsən bu məskən e.ə. III minilliyin başlanğıcında mövcud olmuş, burada məskunlaşan insanlar çoxsaylı maddi-mədəniyyət nümunələri yaratmışlar. Həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri və s. aşkar olunmuşdur.

Baba Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Xronoloji baxımından bu tikililər e.ə. XII–VII əsrlərə aid olaraq Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə 2,5m-dir. Bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə tutulduğu düşünülür. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı kiçik bir ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması üçün ümumi anbar kimi istifadə edildiyini göstərir. Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun təsirindən qızarmış və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri, öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal olunur ki, bu ocaqdan müəyyən ayinlərin icrası üçün istifadə olunmuşdur.

1966-cı ildə katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılmışdır.

Aparılan tədqiqatlar göstərir ki, Baba Dərviş sakinləri oturaq həyat sürmüş və əsasən əkinçiliklə məşğul olmuşdular. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynamışdır. Xırdabuynuzlu heyvanların maldarlıqda üstünlük təşkil etdiyini göstərir. İribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunmuşdur. Toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətindən olmuşdur.

41°04′27″ şm. e. 45°17′38″ ş. u.HGYO Qazax rayonu, Dəmirçilər kəndi, Ağstafaçayın sol sahilində   [6][7]

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

redaktə
№ İnventar № Adı Aid olduğu dövr Məlumat Koordinatlar Yeri Şəkil İstinadlar
Memarlıq abidələri
1 281 Əskipara monastırı V-VIII əsrlər Qazax rayonu, Yuxarı Əskipara kəndi
2 282 Didivan qülləsi VI-VII əsrlər Abidə İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun kənarında Didivan dağının zirvəsində yerləşir. İnşasında iri qaya parçalarından istifadə olunmuşdur. Qüllənin altında gizli keçid olduğu və bu yol ilə müəyyən istiqamətə gedib-gəlməyin mümkünlüyü düşünülür.

Abidənin adı linqvistikaya istinadən müxtəlif cür izah olunur. Bir yanaşmaya əsasən abidənin adının səslənmə forması "Dədəban"dır. "Dədəban" sözü "dədə evi" mənasını daşıyır. Belə ki, qüllə XX əsrin ortalarınadək el arasında ziyarətgah kimi istifadə olunub. Bu ehtimal da onun adının necə formalaşmasının müəyyən olunmasında xüsusi əhəmiyyətə malikdir. Digər bir versiyaya görə isə "didivan" sözü fars mənşəli olub, "gözətçi məntəqəsi" anlamına gəlir. Didivan qülləsi el arasında "Koroğlu qalası" da adlandırılır. Ehtimallara görə e.ə. I minillikdə inşa olunmuş bu gözətçi qülləsi Avey dağındakı Alban məbədi ilə birlikdə ərazinin müdafiə sistemini təşkil edib. Qabarıq konusvari formada olduğu üçün bəzən bu abidəni yel dəyirmanına da bənzədirlər. Lakin qüllənin daxili konstruksiyası belə bir tipoloji qurğu xüsusiyyətinin olmadığını aydın formada əks etdirir.

İndiyədək abidədə bərpa işləri aparılmayıb. Qüllə və ətrafında olan kompleksin bərpası və abadlaşdırılması üçün onu əhatə etmiş mühafizə divarlarının trayektoriyasına uyğun olaraq konservasiya layihə cizgiləri hazırlanıb.

41°02′50″ şm. e. 45°16′48″ ş. u.HGYO Qazax rayonu, Xanlıqlar kəndindən 6 km məsafədə   [8]
3 283 Alban məbədi (Avey monastırı) VII əsr Qafqaz Albaniyası dövrünə aid olan məbəd Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində yerləşir, hazırda "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir.

Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən inşa edilib və "Ay məbədi" adlandırılıb. Bunu mütəxəssislər tərəfindən arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür.

Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı əsas böyük abidə və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində inşa edilib. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülərək onun yerində xristian məbədi tikilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr VII əsr qeyd olunsa da abidənin daxili quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.

41°08′51″ şm. e. 45°13′13″ ş. u.HGYO Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının dəniz səviyyəsindən 922 metr hündürlüyündə   [9]
Bağ-park, monumental və xatirə abidələri
4 481 Şəhər bağı XIX əsr Qazax şəhərinin mərkəzində
Arxeoloji abidələr
5 1232 Sarıtəpə yaşayış yeri Son tunc – ilk dəmir dövrü Qazax şəhərinin qərb qurtaracağında, kərpic zavodunun həyətində aşkar edilmişdir. 1956–1958 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloji ekspedisiyasının qazıntıları zamanı aşkara çıxarılmışdır. Sahəsi 1 ha olan abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. Abidə Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir. Araşdırmalara əsasən, Sarıtəpədə yaşayış son tunc dövründən başlayaraq e.ə. I minilliyə qədər davam etmişdir.

Yaşayış yerində dini ayinlərin icrası üçün məbəd inşa edilmişdir. Məbədin otaqlarının birinin döşəməsinə 1 m hündürlüyü olan 15 küp basdırılmışdır, onlarda taxıl, üzüm və ərik tumları aşkarlanıb. Məbədin ətrafında tikilmiş evlərdən birinin uzunluğu 7,5 m, eni 5 m-dir (ümumi 37,5 m²). Evin mətbəxi yaşayış hissəsindən möhrə divarla ayrılmış, dairəvi formalı gil ocaqla təchiz olunmuşdur. Ərazidə yanğın və dağıntı izləri də qeydə alınmışdır.

Sarıtəpədən xeyli miqdarda dördkünc və dairəvi formalı möhürlər də tapılmışdır. Möhürlərin işlək üzündə sadə və mürəkkəb motivdə günəş simvolu olan çərxi-fələk (svastika) nişanları təsvir olunmuşdur. Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlər, gildən hazırlanmış heyvan başlarının fiqurları, tuncdan hazırlanmış Cənubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında asma və digər əşyalar tapılmışdır.

Qazax şəhəri [10][11]
6 1233 Qiyaməttəpə yaşayış yeri Eneolit dövrü Qazax konserv zavodunun yanında
7 1234 Yaşayış yeri İlk orta əsrlər Qazax rayonu, Abasbəyli kəndindən 400 m aralı  
8 1235 Yataq yeri yaşayış məskəni Daş dövrü Qazax rayonu, Acıdərə ərazisində
9 1236 Atəşpərəstlər daxması e.ə. VI əsr Qazax rayonu, Xanlıqlar və Köçəsgər kəndləri arasında
10 1237 Qazaxbəyli qəbiristanlığı e.ə. VII–VI əsrlər Qazax rayonu, Qazaxbəyli kəndi
11 1238 Qazaxbəyli kurqanı Son tunc dövrü Qazax rayonu, Qazaxbəyli kəndi
12 1239 Kurqanlar (5 ədəd) Tunc dövrü Qazax rayonu, Aslanbəyli kəndinə gedən yolun sol tərəfində
13 1240 Börgin Ağzı yaşayış yeri Son tunc dövrü 41°06′45″ şm. e. 45°08′09″ ş. u.HGYO Qazax rayonu, Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 m qərbində [5]
14 1241 Daş Salahlı kurqanı Son tunc – ilk dəmir dövrü Qazax rayonu, Daş Salahlı kəndinin girəcəyində sağ tərəfdə
15 1242 Qanlı töyrə yaşayış yeri Eneolit dövrü Qazax–Tbilisi yolundan 500 m aralı
16 1243 Rus təpəsi yaşayış yeri Son tunc, dəmir dövrü Qazax–Əskipara şose yolunun Qazax–Daş Salahlı dəmir yolu ilə kəsişdiyi yerdə  
17 1244 Göl yeri yaşayış yeri Son tunc, dəmir dövrü Qazax rayonu, Daş Salahlı və Qazaxbəyli kəndləri arasında
18 1245 Boztəpə yaşayış yeri Son tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndindən 1 km şərqdə
19 1246 Bərkin ağzı kurqanları Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Bərkin ağzı" ərazisində
20 1247 Daşlı çökək yaşayış yeri Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisində
21 1248 Daşlı çökək kurqanları (6 ədəd) Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisində
22 1249 Yovşanlıtəpə kurqanları (8 ədəd) Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisindən şərqdə
23 1250 Ağdərə kurqanları (2 ədəd) Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisindən qərbdə, yolun kənarında
24 1251 Kurqanlar (3 ədəd) Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Mərdanlı dam yeri" ərazisində
25 1252 Çoban Qurban oğlu kurqanı Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, "Xəzallının ağzı" ərazisində
26 1253 Kurqanlar Tunc dövrü Qazax rayonu, Daş Salahlı kəndi, Dəlləkli qəbiristanlığından cənub tərəfdə
27 1254 Süni mağaralar (10-a qədər) İlk orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey məbədindən cənub və qərb tərəfdə
28 1255 Su hovuzu İlk orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey məbədindən 150–200 m qərb tərəfdə
29 1256 Xal-xal şəhərinin yeri Antik dövr və ilk orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qaya ətrafında
30 1257 Narın qalası Antik dövr və ilk orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qaya və Qızıl qaya arasında
31 1258 Alban bütpərəst məbədi Antik dövr Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qayada
32 1259 Qaya kəsavarı yalaqlar Antik dövr Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qızıl qayada
33 1260 Daş su anbarı (2 ədəd) Antik dövr Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qayanın cənub-şərq və şimal-qərb tərəfində
34 1261 Su hovuzu Antik dövr Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qızıl qayanın başında
35 1262 Yel dəyirmanı tikilisinin qalıqları Antik dövr, orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qızıl qayanın başında
36 1263 Qollu qaya qalaçası Orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qollu qayanın üstündə
37 1264 Rza çal yaşayış yeri və qəbiristanlıq Son tunc – dəmir dövrü Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında
38 1265 Gavur qəbiristanlığı Antik dövr – orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında, Xal-xal şəhərinin qərb tərəfində
39 1266 Damcılı məbədi (Süni mağarası) Antik dövr Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında, Damcılı bulağın üstündə
 
40 1267 Koroğlu məbədi IV–V əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında, Qara bulaqdan 300–500 m şimalda
41 1268 Gümbültülütəpə yaşayış yeri İlk dəmir dövrü, orta əsrlər Qazax rayonu, Orta Salahlı kəndi, Kür çayının sahilində
42 1269 Dəmirçilər yaşayış yeri İlk orta əsrlər Qazax rayonu, Dəmirçilər kəndi, Kür çayının sol sahilində
43 1270 Çaxmaqlı düşərgəsi Paleolit dövrü Qazax rayonu, Birinci Şıxlı kəndindən cənub-şərqdə
44 1271 Hunan qalası İlk orta əsrlər Qazax rayonu, Birinci Şıxlı kəndi, Kür və Xram çayının qovuşuğunda
45 1272 Köhnə qəbiristanlıq Dəmir dövrü Qazax rayonu, Hüseynbəyli kəndi, qravi karxanası açılmış təpədə
46 1273 Şomutəpə yaşayış yeri İlk tunc – dəmir dövrü Qazax rayonu, Kosalar kəndi
47 1274 Xırmantəpə yaşayış yeri Son tunc – dəmir dövrü Qazax rayonu, Çaylı kəndi, Qazax–Aşağı Əskipara kəndi yolunda
48 1275 Böyük təpə yaşayış yeri Tunc – dəmir dövrü Qazax rayonu, Çaylı kəndi yaxınlığında
49 1276 Çaxmaqlıtəpə Tunc – dəmir dövrü Qazax rayonu, Çaylı kəndi yaxınlığında
50 1277 Alban məbədinin qalıqları İlk orta əsrlər Qazax rayonu, Kəmərli kəndi
51 1278 Yeraltı yol XIV əsr Qazax rayonu, Yuxarı Əskipara kəndi
52 1279 Yeraltı su kəməri Qazax rayonu, Yuxarı Əskipara kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

redaktə
№ İnventar № Adı Aid olduğu dövr Məlumat Koordinatlar Yeri Şəkil İstinadlar
Memarlıq abidələri
1 4499 Qazax Müəllimlər Seminariyasının binası XX əsr Qazax şəhəri, Azadlıq prospekti  
2 4500 Yaşayış evi XX əsr Qazax şəhəri, Bakı küçəsi, 70
3 4501 Yaşayış evi XX əsr Qazax şəhəri, Vaqif küçəsi, 1
4 4502 Yaşayış evi XX əsr Qazax şəhəri, Şamoy Çobanov küçəsi, 14
5 4503 Yaşayış evi XX əsr Qazax şəhəri, Şamoy Çobanov küçəsi, 16 [3]
6 4504 Yaşayış evi XX əsr Qazax şəhəri, Sabir küçəsi, 84
7 4505 Yaşayış evi XX əsr Qazax şəhəri, Sabir küçəsi, 86
8 4506 Yaşayış evi XX əsr Qazax şəhəri, Sabir küçəsi, 88
9 4507 Yaşayış evi XX əsr Qazax şəhəri, Sabir küçəsi, 103
10 4508 Yaşayış evi XX əsr Qazax şəhəri, Səməd Vurğun küçəsi, 54
11 4509 İsrafil Ağanın yaşayış evi XIX əsr 100 metr yüksəklikdə tikilib. İlk vaxtlar dövrün tanınmış xeyriyyəçilərindən İsrafil ağa Kərbəlayevin evi olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə olunub.

4 tərəfində pəncərələr olan 200 kvadratmetrlik evdir. Ev 3 otaq və 2 eyvandan ibarətdir. Tikintisində yumurta sarısı, gil qatı, kərpic, çay daşları, kirəc və əhəng suyu istifadə olunub.

41°12′49″ şm. e. 45°27′39″ ş. u.HGYO Qazax şəhəri, Bayramov küçəsi, 15 [12][13]
12 4510 Hacı Əfəndinin yaşayış evi XIX əsr Qazax rayonu, Aslanbəyli kəndi
13 4511 Damcılı bulağı XIX əsr Təbii çatlardan süzülən su damcılarına görə belə adlandırılmışdır. Dəniz səviyyəsindən hündürlüyü 900 metr olan nəhəng qayalardan soyuq və duru su damcı-damcı süzülərək, aşağıdakı ovucda yığılır. Bu sudan yerli kənd camaatı və turistlər istifadə edirlər. 41°49′50″ şm. e. 45°08′08″ ş. u.HGYO Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının aşağısında
 
[5]
14 4512 Türbə XIX əsr Qazax şəhəri, qəbiristanlıqda
15 4513 Cümə məscidi 1901-ci il

(1899-cu il)

Tikilmə tarixi və tikdirəni ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Sovet dövründə cümə məscidi qorunaraq yeməkxana, anbar, əczaxana və kitabxana kimi fəaliyyət göstərib. 1990-cı ildə dövlət tərəfindən təmir-bərpa edilərək yenidən istifadəyə verilib.

Məscidin binası qırmızı kərpicdən tikilib. Qoşa minarənin qülləsi dəmir təbəqə ilə işlənib. Minarələrin hündürlüyü 18 metr, günbəzin diametri 13 metrdir. Binanın 3 girişi və 12 pəncərəsi var.

Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsi 15, İsrafil ağa hamamı ilə üzbəüz   [14]
16 4514 İsrafil Ağanın hamamı

(Qoşa günbəzli hamam)

XIX əsr Qazax şəhərin mərkəzində, məscidin qarşısında yerləşir. Hamam Qıraq Kəsəmən kəndinin sakini, Qazax mahalında tanınmış sahibkar İsrafil Ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirmişdir, bu səbəbdən hamam onun adını daşıyır. Abidə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa olunmuşdur.

Qırmızı kərpicdən kirəclə hörülüb. Hamamın ümumi zalı, otaqları, hovuzu və çayxanası var. Ölçüləri 30x20 metrdir. Hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir.

41°05′35″ şm. e. 45°21′36″ ş. u.HGYO Qazax şəhəri   [15]
17 4515 Türbə XIX əsr Qazax şəhəri
18 4516 Aşağı türbə XIX əsr Qazax şəhəri
19 4517 Türbə kompleksi (8 türbə) XIX əsr Ağstafa rayonu, Poylu kəndi
20 4518 Qüllə XVII əsr Qazax rayonu, Yuxarı Əskipara kəndi
21 4519 Qatır körpüsü XII–XIII əsr Qazax rayonu, Yuxarı Əskipara kəndi  
22 4520 Qızıl Hacılı körpüsü Qazax rayonu, Yuxarı Əskipara kəndi
23 4521 Kazım körpüsü Qazax rayonu, Yuxarı Əskipara kəndi
24 4522 Qulucanlı körpüsü Qazax rayonu, Yuxarı Əskipara kəndi
25 4523 Hamam qalıqları Qazax rayonu, Yuxarı Əskipara kəndi
26 4524 Koroğlu qalası qülləsi Qazax rayonu, Yuxarı Əskipara kəndi
27 4525 Türbə Qazax rayonu, Yuxarı Əskipara kəndi
28 4526 Türbə XIX əsr Qazax rayonu, Xanlıqlar kənd qəbiristanlığında
29 4527 Türbə XIX əsr Qazax rayonu, Birinci Şıxlı kəndi
30 4528 Türbə XIX əsr Qazax rayonu, Birinci Şıxlı kənd qəbiristanlığı
31 4529 Türbə 1842-ci il Qazax rayonu, Birinci Şıxlı kənd qəbiristanlığı
32 4530 Türbə XIX əsr Qazax rayonu, İkinci Şıxlı kəndi
33 4531 Dini tikili kompleski XIX əsr Qazax rayonu, Salahlı kəndi
34 4532 Dəyirman Qazax rayonu, Aşağı Əskipara kəndi
35 4533 Kilsə Qazax rayonu, Aşağı Əskipara kəndi
36 4534 Göyəzən qalası XIV əsr 41°31′10″ şm. e. 45°06′56″ ş. u.HGYO Qazax rayonu, Alpout kəndi, Göyəzən dağı ətrafında   [5]
37 4535 Aslanbəyli məscidi

(Hacı Mahmud Əfəndi məscidi)

1909-cu il Qazax rayonu, Aslanbəyli kəndi
 
38 4536 Hacı Mahmud Əfəndi türbəsi XIX əsr Qazax rayonu, Aslanbəyli kəndi  
39 4537 Türbə 1904-cü il Qazax rayonu, Aslanbəyli kəndi
40 4538 Karvansara XIX əsr Qazax rayonu, Aslanbəyli kəndi  
41 4539 Qatır körpüsü Qazax rayonu, Məzəm kəndi
Bağ-park, monumental və xatirə abidələri
42 5649 Molla Pənah Vaqifin heykəli Qazax şəhəri, Sabir küçəsi, 11
43 5650 Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi Qazax şəhəri, Sabir küçəsi, 60
44 5651 Səməd Vurğunun heykəli Qazax şəhəri, Mərkəzi meydan
45 5652 Səməd Vurğunun poeziya evi Qazax rayonu, Yuxarı Salahlı kəndi  
46 5653 Molla Vəli Vidadinin qəbirüstü abidəsi Qazax rayonu, Birinci Şıxlı kənd qəbiristanlığı
47 5654 Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi Qazax şəhəri, Nərimanov küçəsi, 5  
Arxeoloji abidələr
48 5847 Yaşayış yeri Orta əsrlər Qazax rayonu, Xanlıqlar kəndi
49 5848 Eşəktəpə yaşayış yeri Orta əsrlər Qazax rayonu, Qazaxbəyli kəndi
50 5849 Bağça qəbiristanlığı Son orta əsrlər Qazax rayonu, Daş Salahlı kəndi, Qara su çayının sahilində
51 5850 Haqverdi Ağa körpüsü

(Çaylı körpüsü)

XIX əsr Qazax rayonu, Daş Salahlı kəndi, Qara su çayının üzərində
52 5851 Qədir körpüsü XIX əsrin sonu Qazax rayonu, Daş Salahlı kəndi, Qara su çayının üzərində
53 5852 Şəhərgah Orta əsrlər Qazax rayonu, Yuxarı Əskipara kəndi
Dekorativ-tətbiqi sənət nümunələri (Xalq daş-heykəltəraş abidələri)
54 6155 Daş qoç fiquru Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı
55 6156 Daş qoç fiquru Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı
56 6157 Sənduqə Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı
57 6158 Sənduqə Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı
58 6159 Sənduqə Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". e-qanun.az. 2 avqust 2001-ci il. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  2. ↑ "Avey Qoruq". "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu. İstifadə tarixi: 1 may 2025.
  3. ↑ 1 2 ""Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". e-qanun.az (az.). 11 may 2018-ci il. 17 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2025.
  4. ↑ "Sınıq-körpü". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 1 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2025.
  5. ↑ 1 2 3 4 ""Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. İstifadə tarixi: 1 may 2025.
  6. ↑ "Babadərviş yaşayış yeri". gomap.az (az.). 26 May 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2025.
  7. ↑ Nasibov, Faig. "Baba-Dərviş yaşayış məskəni". qazax.net (az.). 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2025.
  8. ↑ "Didivan qülləsi". irs.gov.az (az.). İstifadə tarixi: 26 May 2025.
  9. ↑ "Alban məbədi". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 1 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2025.
  10. ↑ "Tarixə işıq salan qədim yaşayış məskənləri". www.anl.az. 23 May 2012. səh. 14. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-28.
  11. ↑ Həşimova, Selcan. "Azərbaycanın tunc dövr şəhərlərinin inşaat xüsusiyyətləri" (PDF) (az.). Noyabr-Dekabr 2023. doi:10.30546/3006-0346.2023.6.78.72. İstifadə tarixi: 28 May 2025.
  12. ↑ "Min evli Kəsəmən və İsrafil Ağanın evi". azertag.az (az.). 10.10.2019. İstifadə tarixi: 28 may 2025.
  13. ↑ Məqsəd Rəhimov. "İsrafil Ağanın viran qalmış evi". Bizim.Media (az.). 09.02.2023. İstifadə tarixi: 28 may 2025.
  14. ↑ "Qazax şəhəri Cümə məscidi". sirat.az. 15/12/2021. İstifadə tarixi: 2025-06-01.
  15. ↑ "İsrafil ağanın hamamı". gomap.az. 2025-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazax_rayonunun_tarix-memarlıq_abidələrinin_siyahısı&oldid=8164280"
LOVE.AZ