İstanbul erməniləri (erm. Պոլսահայեր; türk. İstanbul Ermenileri) Türkiyədə yaşan etnik erməni icmasının əsas hissəsini təşkil edən, İstanbul şəhərinin müxtəlif bölgə və səmtlərində yaşayan etnik ermənilər. İstanbul ermənilər tərəfindən tez-tez Bolis (erm. Պոլիս) adlandırılır ki, bu da şəhərin tarixi adı olan Konstantinopolun sonluğu ilə uyğunluq təşkil edir.
İstanbul erməniləri | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Türkcə (çoxluq), Qərbi erməni dili (azlıq)[1][2] |
Dini | Erməni Həvari kilsəsi (Konstantinopol Erməni Yeparxiyası), Erməni Katolik Kilsəsi, və Erməni Yevangelist Kilsəsi |
![]() |
türk erməni icmasının əsas hissəsidir və tarixən Türkiyənin İstanbul şəhərinin ən böyük etnik azlıqlarından biridir. İstanbulun etnik müxtəlifliyi ilə bağlı aparılmış hesablamalara görə şəhərdə 50.000, 60.000 və ya 70.000 min civarında etnik erməni yaşamaqdadır. İstanbul erməniləri İstanbulun və ümumilikdə Türkiyənin ən böyük qeyri-müsəlman etnik azlığını təşkil etməkdədirlər.[3][4][5][6][7] Şəhər ermənilər min ildən çoxdur öz tarixi vətənlərində yaşadıqları üçün erməni diasporasının bir parcası olaraq qəbul edilmirlər.[8][9][10]
İstanbul erməniləri deyildikdən adətən şəhərdə öz evi olan və əsrlərdir burada yaşayan, işləyən və Türkiyə vətəndaşı olan etnik ermənilər nəzərdə tutulur. 1991-ci ildən etibarən Ermənistanın müstəqillik qazanmasından sonra Ermənistanda yaranmış sosial problemlərə görə çox sayda etnik erməni işləmək və daha yaxşı güzəran qurmaq məqsədilə İstanbula gəlmiş və burada işləməyə başlamışdır.
Şəhərə sonradan gələn və burada məskunlaşan Ermənistan vətəndaşı olan ermənilər sözügedən icmaya qoşulsalar da adətən ənənəvi İstanbul ermənilərindən sayılmır. İstanbul ermənilərini şəhərə 1991-ci ildə gələnlərdən fərqləndirən əsas xüsusiyyət Türkiyə vətəndaşı olmaqlarıdır.[11]
İl | Cəmi | Ermənilər | Faiz |
---|---|---|---|
1478[16] | 100,000–120,000 | 5,000–6,000 | ~5% |
1844[17] | 891,000 | 160,000–222,000 | 18–25% |
1880s[18] | 250,000 | ||
1885[17] | 873,565 | 156,861 | 18% |
1913 | 1,125,000 | 163,670[19] | 15% |
2011 | 13,483,052[20] | 50,000–70,000[21][22][23][24] | 0.4–0.5% |
2021 | 15,840,900 | 50,000–70,000[21][22][23][24] | 0.3–0.4% |
...the small Turkish Armenian community in Istanbul — only about 50,000...
Տիկ. Օզինեանէն իմացանք, որ ներկայիս Պոլսոյ մէջ կայ մօտաւորապէս 50-60 հազար հայ:
...community of about 60,000 Armenians still living in Istanbul.
Members of roughly 60,000 Armenians based mostly in Istanbul...