. Love.az

Istifadeci Muzakiresi Medineli92 - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Medineli92

Mündəricat

  • 1 Sizin üçün bir ulduz!
  • 2 İnzibatçı seçkisinə dəvət
  • 3 Xahiş
  • 4 nin geri qaytarılması

Sizin üçün bir ulduz!

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər
  Orijinal ulduz
İslamla bağlı yaratdığınız məqalələrə görə. Sofia (müzakirə) 05:13, 25 fevral 2025 (UTC)Cavabla
Çox sağolun. Medineli92 (müzakirə) 09:26, 25 fevral 2025 (UTC)Cavabla

İnzibatçı seçkisinə dəvət

redaktə
Son rəy: 1 ay öncə1 şərhMüzakirədə 1 nəfər

Salam hörmətli həmkar sizi VP:İN seçkisinə dəvət edirəm. Hörmətlə, Vikotals (müzakirə) 02:37, 22 mart 2025 (UTC)Cavabla

Xahiş

redaktə
Son rəy: 1 ay öncə4 şərhMüzakirədə 2 nəfər

Salam hörmətli həmkar @Medineli92 xanım. Sizi ilk növbədə keçmiş Novruz bayramı və Fitr bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizə işlərinizdə çoxlu nailiyyətlər arzu edirəm. Sizdən bir xahişim var. Əgər mümkündürsə, İslam tarixində baş vermiş İkinci fitnə haqqında bir məqalə yarada bilərsiniz zəhmət olmasa?

  • Rus dilində İkinci fitnə
  • Türk dilində İkinci fitnə
  • İngilis dilində İkinci fitnə

Hörmətlə Tarixçi (müzakirə) 13:53, 30 mart 2025 (UTC)Cavabla

Salam. Mən də sizi təbrik edirəm. Mən xanım deyiləm, bəyəm. Babalarım Mədinə şəhərindən əvvəl Dəməşqə, XIX əsrin əvvəlində isə Dəməşqdən Azərbaycan köçdükləri üçün bu nisbəni istifadəçi adı kimi götürmüşəm. Hal-hazırda İkinci fitnə haqqında bir məqalə yaratmağım mümkün görünmür. Hörmətlə. Medineli92 (müzakirə) 14:04, 30 mart 2025 (UTC)Cavabla
Bağışlayın məni @Medineli92 bəy. Üzrlü sayın. Sizi xanım sandım. İmkan olanda yarada bilərsiniz zəhmət olmasa? Sadəcə olaraq İslam aləmində belə mühüm bir yer tutan hadisə haqqında Azərbaycan dilində də məlumatın olmasını istəmişdim. Hörmətlə Tarixçi (müzakirə) 17:35, 30 mart 2025 (UTC)Cavabla
Eybi yoxdur. Vaxt tapıb yaratmağa çalışaram. Hörmətlə Medineli92 (müzakirə) 17:56, 30 mart 2025 (UTC)Cavabla

nin geri qaytarılması

redaktə
Son rəy: 9 saat öncə7 şərhMüzakirədə 2 nəfər

Salam. Bu redaktəni niyə geri qaytarmısınız ki? Hörmətlə, Qədir (müzakirə) 15:58, 14 may 2025 (UTC)Cavabla

Salam. Əslinə uyğun olsun deyə. Həmin məqaləni başdan sona mən redaktə etmişdim. Sonra dəyişdirildiyini gördüm. Hədisdəki ifadəyə uyğun olaraq redaktəni geri qaytardım. Medineli92 (müzakirə) 16:22, 14 may 2025 (UTC)Cavabla
Mənim bu mövzuda çox məlumatım yoxdur. Amma ən az məntiqə əsaslanaraq düşünüb sizə yazmalı olduğumu düşündüm. Hədisin öz məqaləsində də (digər dillərdəki versiyalara da baxdım) "qiymətsiz" yazılmayıb. Ola bilər ki, sözləri qarışdırmısınız, ya da orada "qiymət" barədə qeyd olmamalıdır, yəni belə: "Mən sizə iki şeyi miras qoyuram:..." Yox, əgər dediyiniz kimidirsə, açıqlayıb bu redaktəni də geri qaytararsınız onda. Hörmətlə, Qədir (müzakirə) 16:38, 14 may 2025 (UTC)Cavabla
Hədis qəsd edilən şey belədir: Hədisdə deyilir: "... iki qiymətsiz şeyi ...", yəni "dəyəri olmayan", "hər şeydən dəyərli", "ekvivalent bir dəyəri olmayan şey" qəsd edilir. Məhəmməd peyğəmbərin belə ifadələri çoxdur. Mən əvvəlcə dəyərsiz yazmaq istədim, lakin sonra düşündüm ki, qiymətsiz yazım ki, fikiri oxuyucu düzgün anlasın. Görünür istəyimə nail ola bilməmişəm. Medineli92 (müzakirə) 16:51, 14 may 2025 (UTC)Cavabla
Mən sizi başa düşürəm, amma bu dəyişiklik səhv başa düşülüb daha sonra davamlı redaktələrə məruz qalma potensiallıdır. Dəyişiklikləri geri qaytaranda düzəliş izahları versəniz, yaxşı olar. Burada bəhs etdiyiniz kontekstdə istifadə, gördüyünüz kimi, səhv başa düşülmələrə rəvac verir. Qeyd etdiyiniz formanın mübahisəli olduğunu düşünürəm. Ona görə də təklif edirəm ki, "qiymətbiçilməz" yazaq, daha uyğun olar.
P.S. Müzakirədən sonra məzmunu məqalənin müzakirə səhifəsinə də əlavə etmək faydalı olar. Hörmətlə, Qədir (müzakirə) 17:38, 14 may 2025 (UTC)Cavabla
Etirazım yoxdur. Yazaq. Medineli92 (müzakirə) 18:12, 14 may 2025 (UTC)Cavabla
"Çox qiymətli" də yazmaq olar. Hörmətlə, Qədir (müzakirə) 18:29, 14 may 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Medineli92&oldid=8134400"
LOVE.AZ