. Love.az

Iv Ferhad Xan Qiyai Samli - Wikipedia - Love.az

Ana Səhifə - Iv Ferhad Xan Qiyai Samli

İv Fərhad xan Qiyai Şamlı (26 oktyabr 1957, Ukkel[d]) — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı.

İv Qiyai Şamlı
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1957(1957-10-26) (67 yaş)
Doğum yeri
  • Ukkel[d], Brüssel paytaxt[d]
Vətəndaşlığı
  •  Belçika
Təhsili
  • Janson-de-Sayi Liseyi[d],
  • Pratt İnstitutu[d]
Atası Heydər Qiyai Şamlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsas nailiyyətləri və layihələri
  • 3 Şəkillər
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Həyatı

redaktə

İv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir.

O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır. Bu sifariş Kosta-Rikada dəniz kənarı şəhər layihəsi idi. 2003-cü ilin iyun ayında Britaniya Kolumbiyasının Prince George şəhərinin İv Qiyai tərəfindən hazırlanmış mərkəzi planı qəbul edilib. 2002-ci ildən etibarən Fransa Memarlar Akademiyasının xarici üzvüdür. 2011-ci ildə Kaliforniyanın Oklənd şəhərində yerləşən 30 mərtəbəlik "Iwate Tower" binasını tikmək sifarişi alıb. Kaliforniyanın Berkli Universitetində və İncəsənət Kollecində dərs deyir. 13 sentyabr 2018-ci ildən IPAG Biznes Məktəbinin direktorudur.[1]

Əsas nailiyyətləri və layihələri

redaktə
  • Fransanın Antib şəhərində şəxsi villa 1984
  • İki mərtəbəli yaşayış kompleksləri, San Xose, Kaliforniya 1984–1989
  • Royal Residence, San-Fransisko 1992
  • Astrolabe House, San-Fransisko 1996
  • Gülüstan sarayı, San-Fransisko körfəzi 2000
  • Metropolis, Şahzadə Corc, Kanada 2004
  • Gizlin bağlar, Dalli, İsveçrə 2005
  • El Gülüstan, Playa Qrande, Kosta-Rika 2006
  • Iwate Tower, Oklend, Kaliforniya 2013
  • Yaşayış evi, San-Fransisko, Kaliforniya 2016

Şəkillər

redaktə
  •  
    Gülüstan qalası, San Fransisko
  •  
    Astrolab evi,San Francisco
  •  
    Astrolab evi,San Fransisko
  •  
    Royal yaşayış yeri, San Fransisko
  •  
    Yaşayış kompleksi, San Xose, Kaliforniya

Xarici keçidlər

redaktə
  • Qiyai Memarlar
  • Qiyai Şamlı Xanlarının Tarixi

Həmçinin bax

redaktə
  • Heydər Qiyai Şamlı

İstinadlar

redaktə
  1. ↑ "Yves Ghiai" (ing. ). peoplepill.com. 21 avqust 2019 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İv_Qiyai_Şamlı&oldid=7156223"
LOVE.AZ