. Love.az

Heyder Qiyai Samli - Wikipedia - Love.az

Ana Səhifə - Heyder Qiyai Samli

Heydər Qiyai Şamlı (23 oktyabr 1922[1], Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır.

Heydər Qiyai Şamlı
Şəxsi məlumatlar
Doğum tarixi 23 oktyabr 1922
Doğum yeri Tehran
Vəfat tarixi 6 sentyabr 1985 (62 yaşında)
Vəfat yeri Antib
Vətəndaşlığı
  •  İran
Təhsili École nationale supérieure des Beaux-Art
Uşağı İv Fərhad xan Qiyai Şamlı
İşləri və nailiyyətləri
Əsas tikililəri
  • Təbriz Dəmiryol stansiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Layihələrin siyahısı
  • 3 Şəkillər
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır.

Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.

İran İslam İnqilabından sonra İranı tərk edərək Fransaya köçüb. Bir müddət Fransada və ABŞ-də fəaliyyət göstərib. 6 sentyabr 1985-ci ildə Fransanın Antib şəhərində vəfat edib[2][3]

Layihələrin siyahısı

redaktə
  • Tehran Senat Evi
  • Məşhəd Dəmiryol stansiyası
  • Təbriz Dəmiryol stansiyası
  • Əbuəli Sina Fondu
  • Fərəhabad Sarayları
  • Tehran Pars Drive-In kinoteatrı
  • Radio city kinoteatrı
  • Moulin Rouge kinoteatrı
  • Royal Tehran Hilton oteli
  • Məşhəd xəstəxanası
  • Lavizan xəstəxanası
  • Qiyai sarayı

Şəkillər

redaktə
  •  
    Heydər Qiyai Şamlının gerbi
  •  
    Tehran Hilton Oteli
  •  
    Tehran Senat Məclisinin Binası
  •  
    Məşhəd dəmiryolu stansiyası
  •  
    Təbriz qatar stansiyası
  •  
    Radio city kinoteatrı
  •  
    Radio city kinoteatrı

Həmçinin bax

redaktə
  • İv Fərhad xan Qiyai Şamlı

İstinadlar

redaktə
  1. ↑ Heydar Gholi Khan Ghiaï-Chamlou // Artists of the World (alm.). B, Boston: Verlag Walter de Gruyter, 2022. ISSN 2750-6088
  2. ↑ "Ghiai Haydar" (ing. ). iranicaonline.org. 2013-05-17 tarixində orijinalından arxivləşdirilib.
  3. ↑ "Haydar Ghiai" (ing. ). peoplepill.com. 2019-08-20 tarixində orijinalından arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Heydər_Qiyai_Şamlı&oldid=8000389"
LOVE.AZ