. Love.az

Sukrullah Sirvani - Wikipedia - Love.az

Ana Səhifə - Sukrullah Sirvani

Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur.

Şükrüllah Şirvani
Şükrullah Məhəmməd ibn Mahmud
Vəfat tarixi 1506
Vəfat yeri İstanbul
Atası Mahmud ibn Məhəmməd Şirvani
Fəaliyyəti həkim

Həyatı

redaktə

Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı.

Əsərləri

redaktə
  • Fütuhat fil-Cifr
  • Risalətüs-Sultaniyyə fit Tibb
  • Risalə fil-Qulunc vəl-İxtibas
  • Lətaifül-Cəlilə
  • Rəvzətül-İtr fit Tibb
  • Müxtəsəri-Tibb
  • İxtiyarati-Bədi
  • Mürşid fit-Tibb
  • əl-İlyasiyyə fit-Tibb
  • Kamalnamə
  • Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.
  • Miftahün-Nəcat

Mənbə

redaktə
  • Elnur Nəsirov - Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şükrüllah_Şirvani&oldid=5522293"
LOVE.AZ