. Love.az

Mahmud Ibn Mehemmed Sirvani - Wikipedia - Love.az

Ana Səhifə - Mahmud Ibn Mehemmed Sirvani

Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib.

Mahmud ibn Məhəmməd Dilşad Şirvani
Doğum tarixi 1375
Doğum yeri Şirvan
Vəfat tarixi 1439
Uşağı Şükrüllah Şirvani
Fəaliyyəti həkim

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
    • 2.1 Töhfəyi Muradi
    • 2.2 Tərcümeyi Tarixi ibn Kəsir
    • 2.3 Digər əsərləri
  • 3 Ölümü
  • 4 Mənbə

Həyatı

redaktə

Şirvanda doğulmuşdur.

Yaradıcılığı

redaktə

Bir sıra əsərin müəllifidir:

Töhfəyi Muradi

redaktə

"Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır.

Tərcümeyi Tarixi ibn Kəsir

redaktə

Mahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur.

Digər əsərləri

redaktə
  • Kəhhalnaməyi Nuril Uyun — tibbə aiddir.
  • Xəridətül - Əcaib və Fəridətül - Ğəraib (müəllif: Ömər ibnül-Vərdi) — tərcümə.
  • Məsalikül-Məmalik (müəllif: əl-İstəxri) — tərcümə.

Ölümü

redaktə

Mahmud Şirvaninin ölüm tarixi dəqiq məlum olmasa da 1439-cu ildən sonraya təsadüf etdiyi bilinir.

Mənbə

redaktə
  • Elnur Nəsirov — Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011
  • Tuhfe-i Murâdî (Cevhernâme) Muhammed Şîrvânî Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mahmud_ibn_Məhəmməd_Şirvani&oldid=7635459"
LOVE.AZ