Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Atakişili kənd inzibati ərazi dairəsində kənd.[1]
Şıxımlı | |
---|---|
40°22′43″ şm. e. 48°11′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Şıxımlı oyk. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır.[2]
Şıxımlı kəndi rayon mərkəzindən 2 km aralida Kürdəmir–Ağsu yolunun ustundə yerləşir. Kürdəmirin digər Atakişili, Şahsevən, Qaraqocallı, Mürtülü və Xırdapay kəndləri ilə qonşudur.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2031 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə 1 məktəb, 1 məscid, tibb məntəqəsi, poçt, ATS, çörəkbişirmə sexi, daş sexi, dəyirman, 2 şadlıq sarayı, restoran və s. iaşə obyektləri yerləşir. ETSN tərəfindən kəndi təmiz içməli su ilə təmin etmək üçün təmizləyici qurğu tikilmişdir. Kənd əhalisi əsasən təsərrüfat və ticarətlə məşğul olur. Kəndin qaz təminati vardir.