Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 saniyə əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əmirli Şəhla Yapon qızı — Kinoşünas, Radio-Televiziya redaktoru.
Şəhla Əmirli | |
---|---|
Şəhla Yapon qızı Əmirli | |
Doğum tarixi | (50 yaş) |
Doğum yeri | Yevlax |
Təhsili | |
Fəaliyyəti | film scholar |
Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Şəhla Əmirli Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
Belə ki, "Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi", "Ekrandan ucalan musiqi", "Lentlərə hopmuş ömür", "Rənglər dünyasının sakini", "Kino onu ana kimi qəbul etdi", "Sənətin gətirdiyi ucalıq", "Aktyor sənətinin ölməzliyi", "Kiçik açarla böyük qapı açmaq arzusu…", "Bir daha dublyaj barədə" və başqa bir-birindən maraqlı məqalə və resenziyaları Şəhla Əmirli qələminin məhsuludur. Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları — Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur.
İki övladı var.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı-02.08.2018