. Love.az

Sahin Tagiyev Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Sahin Tagiyev Milli Qehreman

Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Birinci Qarabağ müharibəsi iştirakçısı.

Şahin Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1949 (76 yaş)
Doğum yeri Tərtər rayonu, Azərbaycan SSR
Vətəndaşlığı
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı — 19921992

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Milli Qəhrəman
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar

Həyatı

redaktə

Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir.

Döyüşlərdə iştirakı

redaktə

1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir.[1] "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan tərxis olunub.[1]

2001-ci ildən İsveçdə mühacirətdə yaşayır.[1]

Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.[1]

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2][3]

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 272.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Milli Qəhrəman 22 ildən sonra Azərbaycana qayıtdı - FOTO". Oxu.Az (az.). 2023-11-04. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  2. ↑ "Сайт Министерства Юстиции АР. Приказ о присвоении звания героя". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
  3. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-23. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahin_Tağıyev&oldid=7893946"
LOVE.AZ